Şərq vələsi (lat. Carpinus orientalis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü.
Şərq vələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Şərq vələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Macarıstan, cənub-şərqi Avropadan Krıma, eləcə də Türkiyədən İran və Qafqaza qədər yayılmışdır.
Hündürlüyü nadir hallarda 10 m-i keçən boz qabıqlı balaca ağac və ya koldur. Yarpaqları uzunluğu 1 sm-ə qədər olan saplaq üzərində olub, oval-ellipsvaridir və uzunluğu 2-5 sm, eni 1,5-3 sm-dir. Qədəh 1,5-2,3 sm uzunluğunda, eni 7-18 mm-dir, bütövdür, bölümsüzdür, kənarları qeyri-bərabər dişlidir və arxa tərəfdən 5-8 ədəd nəzərə çarpan damarları vardır.Fındıqcalar oval-yumurtavari və biraz yastıtəhərdir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ., Lənk. oval.
Oduncağı möhkəm olduğu üçün yaxşı kömürü alınır. Bundan başqa oduncaq xarrat alətlərinin hazırlanması üçün yararlıdır. Sıx budaqlandığı üçün canlı hasarların yaradılmasında yararlıdır. Qabıq və yarpaqlarında aşı maddəsi vardır.