Caspian Engineering Solutions

Caspian Engineering Solutions (CES)MMC Azərbaycanın aparıcı yoxlama, sınaq və laboratoriya xidmətləri göstərən şirkət.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Şirkət 500-dən çox fərqli sınaqlar həyata keçirdiyi sənaye obyektlərinin, neft və qaz emalı zavodlarının, platformaların və terminallarının yenidən qurulması və tikintisi layihələrində uzunmüddətli təcrübəyə malikdir. Eyni zamanda CES-in labaratoriyalarında bütün növ geologiya, beton, qrunt, metal konstruksiya, o cümlədən qeyri-dağıdıcı üsul ilə testlər, defektoskopiya, radioqrafiya, ultrasəs, termiki emal və s. sınaqları həyata keçirilir. Hal-hazırda müvafiq sınaqları “Cənub Qafqaz Boru Kəməri layihəsi”ndə Saipem S.A şirkəti, “Şahdəniz 2 layihəsi”ndə Azfen B.M və BP şirkətləri üçün, SOCAR-ın bir neçə neft və qaz emalı zavodlarında, Gübrə istehsalı (Karbomid) zavodunun tikintisində Samsung Engineering şirkəti üçün, Azərkimya İ.B-də “Ep-300 qurğusunun tikintisi layihəsi”ndə Ustay və Technip şirkətləri üçün aparılır. [2] 15 ildən artıq qaynaq, metallurgiya ve inşaat mühəndislərindən ibarət komandası olan Caspian Engineering Solutions şirkəti rəqabətqabiliyyətli xidmətlər təklif etməkdədir. CES şirkətinin AvropaABŞ şirkətlərində təcrübə qazanmış işçi heyətinin peşəkarlığı regionun tikinti və mühəndislik bazarında göstərdiyi keyfiyyətli xidmətin göstəricisidir. Yuxarıda qeyd olunan xidmətlər ən müasir standardlara cavab verir və yerli bazar qiymətlərinə uyğundur. CES-in məqsədi keyfiyyətinə zəmanət verdiyi xidmətləri daha da genişləndirərək irimiqyaslı layihələrdə digər şirkət və qurumları ilə əməkdaşlıq etməkdir.[3]

Şirkətin yuxarıda qeyd olunan xidmətlər üçün test prosedurları, akkreditasiya sənədləri, avadanlıq siyahısı və kalibrasiya sertifikatları və cümlədən ISO 9001, ISO 18001 və ISO 14001 sertifikatları vardır.

Mənbələr[redaktə | mənbəni redaktə et]

  1. "ces.az". 2018-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.
  2. "CASPIAN ENGINEERING COMPANY biznesinfo.az". 2018-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.
  3. "Caspian Engineering Company awarded with International Certificate. azertag.az". 2018-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.