Cavad İsmayılov və ya Cavad İsmayılzadə (tam adı: Cavad Yunis oğlu İsmayılov; 9 may 1962, Bakı, Azərbaycan SSR, SSRİ – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[2]
Cavad İsmayılov | |
---|---|
Cavad Yunis oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Dağlı Yunus[1] |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Fəhlə |
1962-ci ilin 9 may tarixində Bakı şəhərində anadan olmuşdur. Bakı şüşə zavodunda fəhlə işləmişdir.
Ailəli olmuş, Qanlı Yanvar faciəsindən sonra iki qız övladı yadigar qalmışdır. Cavad İsmayılov Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin qohumudur. Müşfiq Cavadın atası şair Dağlı Yunisin əmisi oğludur[3]. Cavad Qəmli təxəllüsü ilə şeirlər yazmışdır.
Anası Əzizə İsmayılovanın dediklərindən:[4]
Yanvarın 19-da Cavad 3-cü növbə işə getdi, səhərə yaxın bizə zəng edib dedilər ki, o xəstəxanadadır. Biz onu Semaşko xəstəxanasında 13-cü mərtəbə, 4-cü palatada tapdıq. Mən onun üstündən adyalı götürəndə gördüm ki, yaraları sağ tərəfdə sinəsindən və sol tərəfdə kürəyindəndir. Mən bunu görəndə huşumu itirdim. Özümə gələndə Cavad dedi:
— Gəlin, (o mənə babasının dili ilə gəlin deyirdi) adam kişi olar.
|
Yanvarın 22-də gecə Cavadın üzərində yenidən cərrahiyyə əməliyyatı aparılmış, lakin o, səhər saat 8-də vəfat etmişdir.
Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı, Tbilisi prospekti, ev 56, mənzil 9.