Cavad Ağayev

Cavad Ağayev (15 yanvar 2002, Xırdalan) — Azərbaycanı təmsil edən taekvondoçu.[1]

Cavad Ağayev
Şəxsi məlumatlar
Tam adı Cavad Ağayev
Vətəndaşlığı
Doğum tarixi 15 yanvar 2002(2002-01-15) (22 yaş)
Doğum yeri
İdman növü Taekvondo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavad Ağayev 2002-ci il yanvarın 15-də Xırdalan şəhərində anadan olub. 2017-ci ildən idmanla məşğul olur. Məşqçisi Samir Aydınlıdır.

Cavad Ağayev 2018-ci ilin aprelində Tunisdə baş tutan gənclər arasında Dünya Çempionatının qalibi oldu.[2]

Cavad Ağayev 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cavad Ağayev 1/8 final mərhələsində Cənubi Sudan nümayəndəsi Stefen Kol Atemdən mübarizəsiz üstün oldu və 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə İran nümayəndəsi Həmid Əsgəri Mahiabadiyə 9:8 hesabı ilə qalib gələn Cavad Ağayev, yarım-final mərhələsində Cənubi Koreya nümayəndəsi Ço Von-Hi ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cavad Ağayev rəqibinə 14:15 hesabı ilə məğlub oldu və Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[3]

  1. Olimpiya dünyası qəzeti. "Buenos-Ayres 2018 — Yeniyetmələrin III Yay Olimpiya Oyunları" (PDF). www.olimpnews.az (az.)). 01.11.2022. Archived from the original on 2022-10-30. İstifadə tarixi: 01.11.2022.
  2. Azerisport.com idman portalı. "Азербайджанский таэквондист выиграл молодежное первенство мира". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.
  3. 1 2 3 Azerisport.com idman portalı. "Азербайджанский таэквондист стал третьим на Юношеской Олимпиаде". www.azerisport.com (rus.)). 01.11.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.11.2022.