Cavanşir Cəfərov

Cavanşir Cəfərov (23 aprel 1953[1], Bakı) — məşhur azərbaycanlı dirijor, Azərbaycan Respublikasının xalq artisti(2005), əməkdar incəsənət xadimi,Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,Bakı Musiqi Akademiyasının müəllimi,professor.

Cavanşir Xəlil oğlu Cəfərov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSRİ
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti dirijor
Fəaliyyət illəri 1979–cu ildən
Musiqi aləti dirijor çubuğu 
Təhsili
  • Sankt-Peterburq Dövlət Konservatoriyası[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2000 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005

Həyatı[redaktə | mənbəni redaktə et]

Ca­van­şir Cə­fə­rov 1953-cü il­də Ba­kı şə­hə­rin­də ana­dan ol­muş­dur. 1972-ci il­də Asəf Zey­nal­lı adı­na Ba­kı Mu­si­qi tex­ni­ku­mu­nu, 1977-ci il­də isə Rims­ki-Kor­sa­kov adı­na Sankt-Pe­ter­burq Döv­lət Kon­ser­va­to­ri­ya­sı­nın di­ri­jor­luq fa­kül­tə­si­ni bi­tir­miş­dir. Hə­lə gənc yaş­la­rın­dan “ca­zi­bə­dar di­ri­jor çu­bu­ğu”, xo­ra və da­ha son­ra sim­fo­nik or­kest­rə rəh­bər­lik et­mə im­ka­nı Ca­van­şir Cə­fə­ro­vu da­im özü­nə çə­kir­di. Azər­bay­can res­pub­li­ka­sı­nın əmək­dar in­cə­sə­nət xa­di­mi, pro­fes­sor E.Nov­ru­zo­vun ye­tir­mə­si olan C.Cə­fə­rov di­ri­jor sə­nə­ti­ni da­ha da də­rin­dən öy­rən­mək üçün 1972-ci il­də Le­ninq­rad (in­di­ki Sankt-Pe­ter­burq) Döv­lət Kon­ser­va­to­ri­ya­sın­da xor di­ri­jor­lu­ğu ix­ti­sa­sı üz­rə pro­fes­sor A.İ.Ani­si­mo­vun sin­fin­də təh­si­li­ni da­vam et­dir­mə­yi qə­ra­ra alır. Bu­ra­da gör­kəm­li rus xor­meys­ter­lə­ri olan N.V.Şyol­kov, Ro­ma­novs­ki və K.A.Ol­xov da ona dərs de­miş­lər.

1979-cu il­də Ba­kı­ya qa­yıt­dan­dan son­ra Ca­van­şir Cə­fə­rov, Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın di­rek­to­ru Azər Rza­ye­vin də­və­ti­lə te­at­rın xor­meys­te­ri və­zi­fə­si­nə tə­yin olu­nur. Sim­fo­nik or­kest­rin di­ri­jo­ru ki­mi ilk də­fə Ca­van­şir Cə­fə­rov 1983-cü il­də Üze­yir Ha­cı­bəy­li­nin “Ko­roğ­lu” ope­ra­sın­dan üver­tü­ra­nın və “Çən­li­bel” xo­ru­nun ifa­sı ilə çı­xış et­miş­dir.

1985-ci il­də Ca­van­şir Cə­fə­rov Mu­si­qi­li Ko­me­di­ya Te­at­rı­nın di­ri­jo­ru və­zi­fə­si­nə tə­yin olu­nur və 1990-cı ilə qə­dər baş dirijor vəzifəsini ic­ra edir. C.Cə­fə­rov teatrın səhnəsində Le­qa­rın “Şən dul qa­dın”, Ştrau­sun “Ya­ra­sa”, R.Ha­cı­ye­vin “Yol ay­rı­cı”, “Mən ev­lə­ni­rəm, ana”, E.Sa­bi­toğ­lu­nun “Bir gün Bağ­dad­da” və di­gər ta­ma­şa­la­rı səh­nə­yə qo­yur. Həm­çi­nin bu dövr Ru­si­ya şə­hər­lə­ri­nə çox­say­lı qast­rol sə­fər­lə­ri ilə də se­çi­lir.

1996-cı ilin yan­var ayın­dan isə M.F.Axun­dov adı­na Ope­ra və Ba­let Te­at­rı­nın di­rek­to­ru A.T.Mə­li­ko­vun də­və­ti­lə C.Cə­fə­rov Azər­bay­can Döv­lət Ope­ra və Ba­let Te­at­rı­nın baş di­ri­jo­ru və­zi­fə­si­nə tə­yin olu­nur və bu və­zi­fə­də bu gü­nə ki­mi ça­lı­şır.

Ca­van­şir Cə­fə­ro­vun ilk di­ri­jor­luq et­di­yi ope­ra Üze­yir Ha­cı­bəy­li­nin “Ley­li və Məc­nun” ope­ra­sı, son­ra Ada­nın “Ji­zel”, Fik­rət Əmi­ro­vun “1001 ge­cə” ba­let­lə­ri ol­muş­dur. 1998-ci il­də C.Ver­di­nin “Tra­via­ta” ope­ra­sı­nın prem­ye­ra­sı baş tut­muş (so­list­lər baş­qa öl­kə­lər­dən də­vət olun­muş­du) və Ca­van­şir Cə­fə­rov bu ta­ma­şa­ya da uğur­la di­ri­jor­luq et­miş­dir.

Ca­van­şir Cə­fə­rov Əf­ra­si­yab Bə­dəl­bey­li­nin “Qız qa­la­sı”, Aq­şin Əli­za­də­nin “Ba­bək”, “Qaf­qa­za sə­ya­hət”, Qa­ra Qa­ra­ye­vin “Don Ki­xot”, “İl­dı­rım­lı yol­lar­la” ba­let­lə­ri­nin prem­ye­ra­la­rı­nı da hə­ya­ta ke­çir­miş­dir. Onun tə­şəb­bü­sü ilə C.Pu­çi­ni­nin “Ma­dam Bat­terfl­yay”, “Bo­qe­ma”, C.Ros­si­ni­nin “Se­vil­ya bər­bə­ri”, F.Əmi­ro­vun “Se­vil” (ye­ni re­dak­tə­də) ope­ra­la­rı, Ü.Ha­cı­bəy­li­nin “Ar­şın mal alan”, “O ol­ma­sın, bu ol­sun” ope­ret­ta­la­rı səh­nə­yə qo­yul­muş­dur.

Ca­van­şir Cə­fə­rov 2000 və 2005-ci il­lər­də Tür­ki­yə Res­pub­li­ka­sın­da, 2001, 2003 və 2005-ci il­lər­də Ru­si­ya Döv­lət Aka­de­mik Bö­yük Te­at­rı və Sankt-Pe­ter­bur­qun Döv­lət Aka­de­mik Ma­ri­in Te­at­rın­da ke­çi­ri­lən qast­rol sə­fər­lə­rin­də, 2007, 2008 və 2010-cu il­lər­də Al­ma­ni­ya­da ke­çi­ri­lən ope­ra sə­nə­ti fes­ti­val­la­rın­da iş­ti­rak et­miş­dir.

2001-ci il­də Mosk­va­da Döv­lət Bö­yük Ope­ra və Ba­let Te­at­rın­da Q.Qa­ra­ye­vin iki ba­le­ti – “Ley­li və Məc­nun” və “Don Ki­xot” səh­nə­yə qo­yul­muş­dur. Bö­yük te­at­rın or­kest­ri­nə Ca­van­şir Cə­fə­rov di­ri­jor­luq et­miş­dir. 2003-cü il­də Mosk­va­da onun rəh­bər­li­yi al­tın­da F.Əmi­ro­vun “1001 ge­cə” ba­le­ti səh­nə­yə qo­yul­muş­dur. 2005-ci il­də Ba­kı­da Po­lad Bül­bü­loğ­lu­nun “Eşq və ölüm” ba­le­ti səh­nə­ləş­di­ril­miş­dir. Hə­min ilin de­kabr ayın­da bu ba­let Mosk­va və Sankt-Pe­ter­burq­da səh­nə­yə qo­yul­muş­dur. 2005-ci il həm­çi­nin İs­tan­bul­da Ü.Ha­cı­bəy­li­nin “Ley­li və Məc­nun” ope­ra­sı­nın səh­nə­ləş­di­ril­mə­si ilə əla­mət­dar ol­muş­dur.

Azər­bay­can mu­si­qi mə­də­niy­yə­ti­nin in­ki­şa­fı və təb­liğ edil­mə­si sa­hə­sin­də xid­mət­lə­ri­nə gö­rə 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi ,2005-ci il­də Ca­van­şir Cə­fə­rov Azər­bay­can Res­pub­li­ka­sı­nın Xalq ar­tis­ti ki­mi fəx­ri adlarına[2] la­yiq gö­rül­müş­dür.2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

2019-cu ildə Aranfilm Yaradıcılıq Mərkəzində Cavanşir Cəfərov haqqında "Danışan əllər" sənədli filmi çəkilib.[3]

[4]

ƏDƏBİYYAT[redaktə | mənbəni redaktə et]

Axundova G. Azərbaycan musiqili teatr sənətinin inkişafinda dirijor və xormeysterlərin rolu. // “Musiqi dünyası” jurnalı 2015, №2 (63), səh.24 Абасова Э.A. Узеир Гаджибеков. Б.: Аз.Гос.Из. 1975, 140 c. Дильбазова М.Х. Из музыкального прошлого Баку.(вторая половина XIX — начала XX века). Б.: Ишыг, 1985, 136 c. Мамедова Р.A. Из истории азербайджанского музыкального театра. Б.: Элм, 2006, 223 с. Azəribalasi.com forumu. Cavanşir Cəfərov,

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.webcitation.org/67a4t7B5z.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-14.
  3. Azərbaycan Kinematoqrafçılar İttifaqı. "Aran Film Yaradıcılıq Mərkəzi təqdim edir" (az.). Aki.az. 04.11.2019. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-15.
  4. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2019-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-14.