Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Cavanşir Həsənov (tam adı: Cavanşir Cavad oğlu Həsənov, 8 noyabr 1973, Cəlilabad rayonu Hasıllı kəndi) — Azərbaycanlı riyaziyyatçı, riyaziyyat elmləri doktoru (2019), professor (2020).
Cavanşir Həsənov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad rayonu Hasıllı kəndi |
Vətəndaşlığı | Azərbaycanlı |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | Üç övlad |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | Riyaziyyat elmlər doktoru |
Elmi adı | Professor |
İş yerləri | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Təhsili | Ali |
Həsənov Cavanşir Cavad oğlu 8 noyabr 1973-cü ildə Cəlilabad rayonunun Hasıllı kəndində doğulub. 1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin tələbəsi, 1999-cu ildə 01.01.01 — riyazi analiz ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 2009-cu ildə isə dosent elmi adı, 2018-ci ildə 1202.01-"Analiz və funksional analiz" ixtisası üzrə elmler doktorluq dissertasiyasını müdafiə edərək 2019-cu ildə riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. 2000-ci ildən AMEA RMİ-nin "Riyazi analiz" şöbəsində böyük elmi işçi vəzifəsində, 2011-ci ildən isə həmin şöbədə aparıcı elmi işçi vəzifəsində işləyib. 2016–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Ümumi və tətbiqi riyaziyyat" kafedrasında dosent, 2020-ci ildən hal hazıra qədər həmin kafedrada professor vəzifəsində işləyir.[1]
1991–1996-cı illərdə Bakı Dövlət Universitetinin (BDU), "Mexanika-riyaziyyat" fakültəsi, bakalavr.
1997–1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), "Riyaziyyat" fakültəsi, aspirant.
1999-cu il — Bakı Dövlət Universiteti, Fizika-riyaziyyat elmləri namizədi (01.01.01–Riyazi analiz)
Dissertasiyanın adı: "Anizotrop B-Riss potensialı və onun tətbiqləri"
2018-ci il- AMEA Riyaziyyat və Mexanika İnstitutunun, riyaziyyat elmləri doktoru (1202.01 — Analiz və funksional analiz)
Dissertasiyanın adı: "Çoxölçülü harmonik analizin və B-harmonik analizin inteqral operatorlarının ümumiləşmiş Morri fəzalarında məhdudluğu və onların bəzi tətbiqləri"
"Transaction Issue mathematics and mechanics Series of physical-technical and mathematics science Azerbaijan National Academy of Science" jurnalının redaksiya heyətinin üzvü
[redaktə | mənbəni redaktə et] • Harmonik analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və alınmış nəticələrin diferensial tənliklərə tətbiqi.[2]
•Dəyişən dərəcəli çəkili və çəkisiz funksional fəzalarda inteqral operatorların xassələrinin tədqiqi.
•Çoxdəyişənli Hardi operatorun Orliç-Morri fəzasında məhdudluğu və tətbiqi (A.Kufner problemi).
• Çəkili funksional fəzalarda harmonik analizin inteqral operatorları üçün iki-çəkili bərabərsizliklər.
2003-cü və 2007-ci illərdə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin və prof. Zhijian Wu-nun rəhbərliyi ilə Azərbaycan-Amerika ikitərəfli Qrant Proqramı çərçivəsində (Award from Azerbaijan — U. S. Bilateral Grants Program Competition U. S. Civilian Research & Development Foundation) qalib olmuş "Holomorphic and harmonic function spaces, their boundary values and operator theory" və "Potentials and Carleson measures on Besov-Morrey type spaces" adlı layihələrin icraçısı olmuşdur.
2008–2009-cu illərdə C. C. Həsənov İNTAS-ın keçirdiyi gənc alimlərə dəstək proqramında (INTAS Proposal For Young Scientist Fellowship) layihənin qalibi olmuşdur.
2010-cu ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda akademik A. C. Hacıyevin rəhbərlik etdiyi Riyazi Analiz qrupu tərkibində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci qrant müsabiqəsinin qalibi olmuşdur (EIF-2010–1(1)-40/06–1) və 2011–2013-cü illərdə bu layihə çərçivəsində icraçı qismində tədqiqat işlərini müvəffəqiyyətlə aparmışdır.
2013-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərlik etdiyi Riyazi Analiz qrupu tərkibində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 1-ci qrant müsabiqəsinin qalibi olmuşdur (EIF-2010–1(1)-40/06–1) və 2015–2016-cı illərdə bu layihə çərçivəsində tədqiqat işlərini müvəffəqiyyətlə aparmışdır.
2015-ci ildə AMEA-nın müxbir üzvü, prof. V. S. Quliyevin rəhbərlik etdiyi "Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri" adlı qalib olmuş layihə (01.03.2015–01.03.2017) çərçivəsində icraçı qismində tədqiqat işlərini müvəffəqiyyətlə aparmışdır.
2021–2024-cü illərdə TUBİTAK layihəsi ilə Ankara Universitetinə dəvət edilmiş və orda elmi tədqiqat işləri aparmışdır.
[redaktə | mənbəni redaktə et]
[redaktə | mənbəni redaktə et]