Cavan Zeynallı (29 sentyabr 1945, Bakı) — Azərbaycan müğənnisi, cazmen, Azərbaycan Respublikasının Xalq artisti (2019).
Cavan Zeynallı | |
---|---|
Cavanşir Mirzəməmməd oğlu Zeynallı | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, cazmen, pianoçu, aktyor. |
Mükafatları |
Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlmişdir. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanmışdır,
Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış etmişdir.
Cavan Zeynallı 2 dəfə ailə həyatı qurub. İlk dəfə Moskvada evlənən sənətkarın 1981-ci il təvəllüdlü Nataşa adlı bir qızı vardır. Musiqiçi ikinci dəfə 1996-cı ildə Röya xanımla ailə həyatı qurub.[1]