Yollar görüşəndə — rejissor Ramiz Mirzəyevin filmi.
Yollar görüşəndə... | |
---|---|
Janr |
komediya musiqili məhəbbət |
Rejissor | Ramiz Mirzəyev |
Əsərin müəllifi | Ruhəngiz Qasımova |
Baş rollarda |
Səməndər Rzayev — Rza Nəcibə Məlikova — Dilbər Səidə Quliyeva — Çiçək Gülxar Həsənova — Hökümə Yaşar Nuri — Mais Sevil Xəlilova — Rahidə Muxtar Avşarov — İlyas Sofa Bəsirzadə — Töhfə Rəfael Dadaşov — Həmid Hamlet Qurbanov — müəllif |
Operator | Eldar Məmmədov |
Bəstəkar | Ruhəngiz Qasımova (titrlərdə yoxdur) |
Rəssam | Qurban Məlikov |
İstehsalçı | Azərbaycan Televiziyası |
Filmin növü | qısametrajlı musiqili televiziya tamaşası |
Müddət | 51 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1979 |
Rəng | rəngli |
Televiziya tamaşası saf məhəbbətdən bəhs edir. O məhəbbətdən ki, onun qabağında heç bir maneə, heç bir sədd dayana bilmir.
Mais (Yaşar Nuri) elmi işçidir və çox inadkardır. Necə deyərlər tutduğunu qoparan biridir. Təsadüf elə gətirir ki, o işlədiyi institutun direktoru Rza müəllimin (Səməndər Rzayev) qızı Çiçəyə (Səidə Quliyeva) aşiq olur. Çiçək də Maisə qarşı etinasız deyil. Lakin məsələ burasındadır ki, Çiçəyin bir həftədən sonra nişanlısı Həmidlə (Rəfael Dadaşov) toyu olmalıdır. Toya hazırlaşan ailələrin planlarını məhz Mais alt-üst edir.