Cebel-Şammar


Cəbəl-Şəmmar[1][2][3] (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل)[4] həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır.[5] Dövlətin paytaxtı Hail şəhəri olmuşdur.[5] Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveytİordaniya dövlətlərin ərazisini əhatə etmişdir.

Əmirlik
Cəbəl-Şəmmar əmirliyi
ərəb. إِمَارَة جَبَل شَمَّر
Bayraq
Bayraq
 

Paytaxt Hail
Rəsmi dilləri Ərəb dili
Dövlət dini İslam, Sünnilər
Ərazisi Ərəbistan yarımadasının şimal və mərkəzi hissəsi
Əhalisi ərəblər
İdarəetmə forması Monarxiya
Sülalə Rəşidilər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Əbdülələziz ibn Mitab Əl-Rəşid (1897—1906)
Saud ibn Əbdülələziz Əl-Rəşid (1909—1920)
Abdulla ibn Mitab ibn Əbdülələziz Əl-Rəşid (1920—1921)

1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.

Əmir Məhəmmədin hakimiyyəti (1872-1897) Cebel- Şammarın çiçəkləndiyi dövr və Əl Rəşid sülaləsinin gücünün ən yüksək mərhələsinə çatdığı zaman idi. 1891-ci ilin yanvarında I Məhəmməd əl Rəşid Ərrəhman ibn Faysəl Əl Səud ona qarşı üsyan etdiyinə görə Riyadı fəth etdi. Bundan sonra Məhəmməd əl Rəşid Mərkəzi Ərəbistanın vahid hökmdarı oldu. 1897-ci ildə I Məhəmmədin ölümündən sonra Rəşidilər dövlətinin tənəzzülü başladı. 1902-ci ildə Səud şahzadəsi Əbdüləziz Riyadı yenidən ələ keçirdi və vəhhabi dövlətini bərpa etdi. Ərəbistanda hökmranlıq uğrunda Səudlar və Rəşidilər arasında uzun sürən müharibə başladı. 1906-cı ilin aprelində Əmir Əbdüəziz ər-Rəşid Qasım baş tutan döyüşdə darmadağın oldu və həlak oldu. Yeni əmir onun böyük oğlu II Mitab ibn ƏbdülƏziz oldu və o, Səudlarla sülh bağlayaraq, onların Qasımın cənubundakı bütün fəthlərini tanıdı.

Birinci Dünya müharibəsi zamanı Cəbəl-Şəmmar əmirliyi İttifaq dövlətləri tərəfində döyüşmüşdü.

1921-ci ildə əmirlik Səudiyyə dövlətinə birləşdirildi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Tarixən əmirlik paxlalıkimilərin yetişdirilməsi üzərində ixtisaslaşmışdı.[6]

Cəbəl-Şəmmar əmirləri

[redaktə | mənbəni redaktə et]
  • Saleh ibn Əbdül-Muhsin Əl Əli (1818—1835)
  • Abdulla ibn Əli Əl-Rəşid (1835—1837, 1837—1847)
  • İsa ibn Ubeydulla Əl Əli (1837—1837)
  • Talal ibn Abdulla Əl-Rəşid (1847—1868)
  • Mitab ibn Abdulla Əl-Rəşid (1868)
  • Bəndər ibn Talal Əl-Rəşid (1868—1872)
  • Məhəmməd ibn Abdulla Əl-Rəşid(1872—1897)
  • Əbdülələziz ibn Mitab Əl-Rəşid (1897—1906)
  • Mitab ibn Əbdülələziz ibn Əl-Rəşid (1906)
  • Sultan ibn Hamud ibn Mitab Əl-Rəşid (1906—1908)
  • Saud ibn Hamud ibn Mitab Əl-Rəşid (1908—1909)
  • Saud ibn Əbdülələziz Əl-Rəşid (1909—1920)
  • Abdulla ibn Mitab ibn Əbdülələziz Əl-Rəşid (1920—1921)
  • Məhəmməd ibn Talal ibn Mitab Əl-Rəşid (1921—1954)
  1. "Arxivlənmiş surət". 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14. (#redundant_parameters); (#redundant_parameters)
  2. "Arxivlənmiş surət" (PDF). 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Arxivlənmiş surət" (PDF). 2020-09-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-14. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. The Geographical Journal (ingilis). Royal Geographical Society. 1911. səh. 269. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-18. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. 1 2 J. A. Hammerton. Peoples Of All Nations: Their Life Today And Story Of Their Past (in 14 Volumes). Concept Publishing Company, 2007. Pp. 193.
  6. Prothero, G.W. Arabia. London: H.M. Stationery Office. 1920. səh. 86. 2016-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  • Georg Wallin (1854): Narrative of a Journey from Cairo to Medina and Mecca, by Suez, Arabia, Tawila, al-Jauf, Jublae, Hail and Negd in 1845, Journal of the Royal Geographical Society, vol 24: 115-201. (Reprinted in Travels in Arabia, New York: Oleander Press, 1979).
  • William Gifford Palgrave (1865): Personal Narrative of a Year's Journey through Central and Eastern Arabia (1862-1863), vol. I, Macmillan & Co., London.
  • Lady Anne Blunt (1881): A Pilgrimage to Nejd, The Cradle of the Arab Race: a Visit to the Court of the Arab Emir and `our Persian Campaign` (reprinted 1968).
  • Charles Montagu Doughty (1888): Travels in Arabia Deserta. (Reprinted many times).
  • Gertrude Bell (1907): The Desert and the Sown (republished 1987).
  • David George Hogarth (1905): The Penetration of Arabia: a Record of Western Knowledge Concerning the Arabian Peninsula.
  • Zahra Freeth and H. V. F. Winstone: Explorers of Arabia from the Renaissance to the End of the Victorian Era, Allen & Unwin, London, 1978.
  • Васильев А. М. История Саудовской Аравии от середины XVIII века до конца XX века. — М., 1994.