Cek Şea (sürətli konkisürən)

Con Amos Şea (7 sentyabr 1910 - 22 yanvar 2002) - "Şef" ləqəbli 1932 Qış Olimpiya Oyunlarında sürətli konkisürmə yarışlarında ikiqat qızıl medal qazanan Amerikan idmançı. Bir Qış Olimpiadasında iki qızıl medal qazanan ilk Amerika idmançısı idi və həmçinin, üç nəsil Qış Olimpiyaçıları olan ilk ailənin patriarxı idi. Həmyerlisi İrvinq Ceffi ilə birgə 1932 Qış Olimpiya Oyunlarında ən uğurlu atlet idi.

Cek Şea
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 7 sentyabr 1910(1910-09-07)
Doğum yeri
Vəfat tarixi 22 yanvar 2002(2002-01-22)[1][2][…] (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Con Amos Şea 7 sentyabr 1910-cu ildə Leyk-Plesiddə anadan olmuşdur. Leyk-Plesid Liseyində oxumuşdur, Dartmut Kollecindən məzun olmuşdur. Elbeni Hüquq Məktəbində təhsil almışdır. Böyük böhran dövründə ailəsinə dəstək olmaq üçün Leyk-Plesiddə bir sıra işlərdə çalışmışdır.

Şea Leyk-Plesiddə keçirilən 1932 Qış Olimpiya Oyunlarında 500 metr və 1500 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazandı. O, eyni zamanda Nyu-York əyalətinin qubernatoru Franklin Delano Ruzveltin başçılıq etdiyi açılış mərasimində olimpiya andını içdi.

Şea 1958-ci ildən 1974-cü ilə qədər Castik şəhəri, 1974-cü ildən 1983-cü ildə təqaüdə çıxana qədər Şimali Elba şəhərinin nəzarətçisi idi.

On illər sonra, Şea 1980 Olimpiya Təşkilat Komitəsinin üzvü olaraq Qış Olimpiya Oyunlarının 1980-ci ildə Leyk-Plesid-ə qaytarılmasında böyük rol oynadı. Daha sonra, 1980 Oyunlarında istifadə edilən yerləri idarə edən Olimpiya Regional İnkişaf Təşkilatının sədr müavini olaraq çalışdı.

Oğlu Ser Cim Şea 1964 Skandinaviya Qarışıq və Kros Xizəyi Olimpiadasında qalib gəlmişdi, nəvəsi Cim Şea 2002-ci ildə 2002 Qış Olimpiya Oyunlarında kişilər arasında xizək sürmə yarışlarında qızıl medal qazandı. Solt-Leyk Siti oyunları ərəfəsində, Cek olimpiya məşəlinin estafetinə qatıldı və 1932-ci ildə medallarını qazandığı Leyk-Plesiddə sürətli konkisürmə ovalında məşəl yandırdı. Şea nəvəsinin olimpiadada iştirak etməsini seyr etməzdən 17 gün əvvəl sərxoş sürücü tərəfindən avtomobilin toqquşması nəticəsində vəfat etdi.[5][6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]