Biondi dağdağanı (lat. Celtis biondii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü.
Biondi dağdağanı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Biondi dağdağanı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Yaponiyada və Koreyada təbii halda bitir. Avropada, Asiyada, Cənubi Amerikada, Afrikada geniş yayılmışdır.
Hündürlüyü 18-25 m-ə, bəzən də 40 m-ə çatan, yarpağı tökülən ağacdır. Qabığı boz, budaqları sarımtıl, qonur rəngdədir. Yarpaqları 13-15 sm uzunluqda, xətvari-neştərvari, enli yumurtavari, oval və ya oval-ellipsvari, lənarları dişli, ucu biz, nazik dərilidir. Aprel-may aylarında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir, sərt çəyirdəkli, 6-10 mm qalınlığında, sarı, qırmızı rəngli olub, portağala bənzəyir. Toxumla çoxaldılır.
Quraqlığa davamlıdır. Meşələrdə, kolların arasında, dağlarda, dəniz səviyyəsindən 2000 m-dək hündürlükdə bitir.
Mərkəzi Nəbatət Bağında və Mərdəkan Dendrarisində introduksiya olunmuşdur. Bakı şəhərində yaşıllaşdırmada çox az rast gəlinir.
Yaşıllaşdırmada istifadə edilməsi məqsədyönlüdür.