Cenna Marbls (ing. Jenna Marbles) (doğum adı: Cenna Mauri)-amerikalı youtuberdir. Uzun müddət YouTube-də ən tanınan ulduzlardan biri olmuşdur. Youtube kanalında 14 mln. izləyicisi olduğu üçün Youtube-nin ən populyar qız videoblogeri sayılırdı[1].O, YouTube ulduzu kimi, bir gənc milliyyətçi qadın olmağına dair komik videolar çəkirdi. Youtube kanalından qazandığı gəlir ildə 350.000 dollar təşkil edirdi.[2]
Cenna Mourey | |
---|---|
ing. Jenna Marbles | |
Digər adı | Cenna Marbls |
Doğum tarixi | |
Doğum yeri | Roçester (Nyu-York ştatı) |
Vətəndaşlığı | ABŞ |
Anası | Debora Mourey |
Təhsili | |
Fəaliyyəti | YouTuber, podkaster |
Tanınır | Videoblogger |
jennamarblesblog.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Marbls Roçesterdə(New-york ştatında yerləşir)anadan olmuş və böyümüşdür.O, elə oradaca məktəbini bitirmişdi.Bundan sonra o, Boston-a köçdü və orada Suffolk universitetində(eng.Suffolk university) oxumağa başladı.Suffolk-da o,psixologiya sahəsindən elm bakalavrı aldı.Sonra,Boston universitetini bitirən Jenna,İdman psixologiyası və məsləhətləşmə üzrə Magistr dərəcəsi aldı.[3] O, öz karyerasına BarStool Sports ilə başlasa da,bəzən Youtuba, video çəkirdi və bu videolarından biri, "İnsanları necə inandırmaq olar ki, siz yaxşı görünürsünüz" onu Youtubda məşhurlaşdırdı.Video 1 həftə ərzində 5,3 mln izləmə yığdıBundan sonra o, reqular olaraq Youtube-yə videolar çəkməyə başladı və kanalını təkmilləşdirdi.[4][5] Youtube-dən başqa,Marbls həm də,həm də,kiçik rollar alırdı.Məs:"Epic Rap Battles Of History" (Tarixin epik rep döyüşləri) şousunun 2-ci sezonunun 13-cü bölməsində (Adəm Həvvaya qarşı)Həvva rolunu oynayırdı[6].O,həmçinin bəzi multfilm personajlarını səsləndirirdi.Məsələn,"Annoying orange" (Bezdirən portağal) multfilminin "yalançı bekon" seriasındakı bananı səsləndirmişdi.
Əsl adı Jenna Mourey olmasına baxmayaraq,Kanalının adını Jenna Marbles qoyan Jenna soyadının əvəzinə itlərdən birinin adını qoyub.Bunun səbəbi isə, anasının onda youtube kanalının olduğunu bilməsini istəməməsi idi.Lakin,məhşurlaşandan sonra anası onda kanal olduğunu bildi.7 noyabr 2022 tarixinə əsasən 19,8 milyon abunəçisi,1.770.000.000 toplam baxış sayı var.Buna baxmayaraq,Jenna hələ də videolar çəkməyə davam edir və populyarlığını itirmir.Onun videoları hər çərşənbə axşamı və ya çərşənbə çıxır.[3]
Marbles, Kermie Worm və Mr. Marbles adlı bir oyuncaq it brendini buraxdı. Brendin adı, onun əsl itlərinin şərfinə elə qoyulub. O, həmçinin üzərində öz yaddaqalan sözləri olan bir sıra məhsullar buraxdı.Sözlərinə misal:"What are this?"