Centaurea emilae Hüseynova et Qaraxani

Centaurea emilae Hüseynova et QaraxaniCentaurea cinsinə aid bitki növü.[1]

Bu bitki növü 2014-cü ildə AMEA Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani, doktorant Arzu Hüseynova və Bitki ehtiyatları şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Naibə Mehdiyeva tərəfindən aşkar olunmuşdur.[1] Onlar bu fərqli növü Quba rayonunun CekQalayxudat kəndləri arasındakı subalp çəmənliklərindən toplanmış herbari materiallarının təyinatı zamanı aşkarlayıblar.[1] Növün təyinatı üçün müasir metodlardan istifadə nəticəsində bu bitkinin elm üçün Centaurea cinsinə aid yeni növ müəyyən olunub.[1] Bundan sonra bu növ Centaurea emilae Hüseynova et Qaraxani adı altında elmə daxil edilib.[1]

Bununla bağlı Sankt-Peterburqun "Elm" nəşriyyatında növü təsdiq edən "Novıy vid roda Centaurea ("Asteraceae") iz Azerbaydjana" başlıqlı məqalə dərc olunub.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]