Qalayxudat[1] — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Qalayxudat | |
---|---|
41°12′02″ şm. e. 48°10′55″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 404 (2009) nəfər |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Qalayxudat oyk., miir. Quba r-nunun Xınalıq i.ə.v.-də kənd. Qudyalçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Bu ad ilk dəfə XVI əsrə aid mənbədə xatırlanır. Fars dilinin qrammatik normalan əsasında yaranmış Qalaye-Xudat formasından təhrifdir. Fars dilindəki qala (“ye” izafət göstəricisidir) və xudat (“hakim, hökmdar” qədim mənası “Allah”) sözlərindən ibarət olub, “hökmdar qalası, hakim qalası” məna¬sını bildirir. Quba xanlığının ilk iqamətgahı olmuşdur.[2]
Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqdа, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.
Kənd ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. 2013-cü ildə kənd yaxınlığındakı Kam dağlıq massivinin tədqiqi nəticəsində şimal yamacda boulderinq (qayayadırmanma) üçün perspektivi olan qaya divarları (200 m) aşkar olunmuşdur. Qalayxudat və Qrız kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15–20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var.[3]
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |