Cephalotaxus fortunei

Fortuna başcıqlı qaraçöhrə (lat. Cephalotaxus fortunei) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin başcıqlı qaraçöhrəkimilər fəsiləsinin başcıqlı qaraçöhrə cinsinə aid bitki növü.

Fortuna başcıqlı qaraçöhrə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kiçik gövdəli, alçaq boylu koldur. Bitkinin çətiri enli-oval olub, yarpaqları üfüqi cərgələrdə yerləşir, hamardır, uzunluğu 9 sm-ə qədərdir. Yarpaq ayaları dərili və parlaqdır. Yarpağın üst hissəsi yaşıldır, alt tərəfi isə açıq rəngli zoqlarla örtülmüşdür. Başcıqlı qaraçöhrənin cavan bitkiləri soyuqdan əziyyət çəkir, ancaq sonradan normaya düşərək qışda yaxşı böyüyür. Başcıqlı qaraçöhrə rütubətli və soyuq olmayan yerlərdə becərilməlidir. Başcıqlı qaraçöhrə kölgəyə davamlı bitkidir. Ancaq çox günəşli yerlərdə də yaxşı bitir. Fortuna başcıqlı qaraçöhrə bitkisi bol və müntəzəm suvarılmaldır. Köçürülməyə tələbkar olmayan bitkidir, ancaq çox təzə, qumlu, humuslu, turş və ya qələvili torpaqlara üstünlük verir. Abşeronda, Lənkəranda Fortuna başcıqlı qaraçöhrəyə son dövrlərdə bir çox yeni salınmış park və bağlarda, həyətyanı sahələrdə rast gəlinir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Taxus fortunei (Hook.) C.Lawson

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Cephalotaxus fortunei var. concolor Franch.
  • Cephalotaxus fortunei var. pendula Carrière
  • Cephalotaxus kaempferi Anon.
  • Cephalotaxus robusta Rafarin