Qiffit ərkəvanı (lat. Cercis griffithii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü.
Qriffit ərkəvanı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qriffit ərkəvanı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Orta Asiya, İran və Əfqanıstanın dağlarında, daşlıq yamaclarda dəniz səviyyəsindən 800-2200 m hündürlükdə bitir.
Hündürlüyü 1-4 (10) m-dək olan çoxbudaqlı kol və ya ağacdır. Budaqları enli çətir əmələ gətirir. Cavan qabığı qırmızı-qonur, sonradan isə tünd boz rəngli olur. Yarpaqları yumru böyrəkşəkilli, uzunluğu 5-8 sm, eni 7-12 sm, binövrəsi enli, ucu bütöv, üstü parlaq yaşıl, alt tərəfi göyümtül, saplaqların uzunluğu 2-3 sm-dir. Çiçəkləri qısa salxımlarda yerləşir. Kasacığı qabarıq qısa dişciklidir; çiçək tacı çəhrayı və ya al-qırmızı bənövşəyidir. Mart-aprel aylarında yarpaqlar açılmamışdan əvvəl çiçəkləyir. Paxlaları tünd qonur rəngli, hamar, uzunluğu 10-12 sm, eni 1,5-2,5 sm, uzunsov, yuxarı tərəfi qaralmış, dərili, qanadşəkilli haşiyəli, çoxsaylı damarcıqlıdır. Avqust ayında yetişir. Meyvəsi iyun-avqustda yetişir. Toxumları oval, hamar, uzunluğu təxminən 5-6,5 mm, eni 4-4,5 mm, çılpaq, tünd qonurdur. 1000 toxumun çəkisi 50 q-dır. Toxum və qələmlə çoxaldılır.
İstiyə və quraqlığadavamlı bitkidir. Zəif şoran torpaqlarda bitir.
Dendrologiya İnstitutunun təcrübə sahəsində 1998-ci ildə introduksiya olunmuşdur.
Erkən yazda çiçəkləyən, gözəl, dekorativ koldur. Balverəndir. Qoruyucu meşə zolaqlarının salınmasında əlverişlidir. Budanmanı yaxşı qəbul edir. Canlı çəpər kimi, tək-tək və ya qrup halında yaşıllaşdırmada istifadə edilir.