Cessika Qrin (ing. Jessica Green; 11 fevral 1993, Tasmaniya) — Avstraliya aktrisası.
Cessika Qrin | |
---|---|
ing. Jessica Green | |
Doğum adı | Jessica Lauren Green |
Doğum tarixi | 11 fevral 1993 (30 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, model[d] |
Fəaliyyət illəri | 2012-ci ildən |
IMDb | ID4880301 |
Vikianbarda əlaqəli mediafayllar |
Cessika Qrin 11 fevral 1993-cü ildə Avstraliyanın Tasmaniya adasında anadan olmuşdur.[1] 19 yaşında fentezi-gənc dram teleserialı "Lightning Point"in 26 epizodunda Kiki rolunu canlandırmışdır. 2014-cü ildə Avstraliya istehsalı cinayət-dram filmi "Rise"da Amber,[2] 2016-cı ildə qorxu filmi "Red Billabong"da isə Rebekka olaraq rol almışdır.[3] Qrin 2018-ci ildə "Roman Empire" serialının 2-ci mövsümü "Yuli Sezar: Romanın ustası"nda baş rolda Kleopatra obrazını canlandırmışdır.[4]
Qrin 2018–2020-ci illər aralığında "The CW" telekanalının fentezi-macəra dram teleserialı "The Outpost"un 36 epizodunda Talon rolunu canlandırmışdır.[5][6][7]
Los-Anceles şəhərində keçirilən 45-ci "Saturn" mükafatlarında namizəd göstərilsə də, mükafat qazana bilməmişdir.[8][9][10]
İl | Başlıq | Rol |
---|---|---|
2014 | Rise[2] | Amber |
2016 | Red Billabong[3] | Rebekka |
2017 | Pirates of the Caribbean: Salazar's Revenge | Şəhər qadını |
2019 | Cino | İzabella |
İl | Başlıq | Rol | Qeydlər |
---|---|---|---|
2012 | Lightning Point | Kiki | 26 epizod |
2017 | Dirty, Clean, & Inbetween | Laura | Telefilm |
2018 | Ash vs Evil Dead | Lexx | 1 epizod — "The Mettle of Man" |
Stage Mums | Casting Assistant | 1 epizod — "The Waiting Room" | |
Roman Empire | Kleopatra | 2-ci mövsüm – "Julius Caesar: Master of Rome" — 2 epizod | |
2018–2021 | The Outpost | Talon | Baş rol — 49 epizod |