Cettia cetti

Cettia cetti (lat. Cettia cetti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin cettiidae fəsiləsinin cettia cinsinə aid heyvan növü.

Qamış bülbülü
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Növ:
Qamış bülbülü
Beynəlxalq elmi adı

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təxminən 13-14 sm-dirlər. Yetkin fərdin arxa tərəfi açıq qəhvəyi, alt tərəfi ağımsov bozdur. Qısa qanadları və geniş quyruğu vardır. Sylviidae fəsiləsinə aid olduğundan onların xüsusiyyətlərini daşıyırlar: erkək və dişi fərd oxşardırlar.

Yaşayış tərzi

[redaktə | mənbəni redaktə et]

Bu kiçik oxuyan sərçələr əsasən Avropada yaşayırlar, amma şərqdəki populyasiyaları qısa məsafəli köçlər edirlər, çoxalma sahələri içində qışı keçirdirlər.

Sıx bitki yaşamının olduğu suya yaxın yerlərdə yaşayırlar. Yuva bir kolluqda və suya yaxın olaraq düzəldilir. Bir dəfəyə 3-6 yumurta qoyurlar.

Həşəratyeyəndir. Görülməsi çətin bir növdür. İngilis dilində "Cetti's Warbler" olaraq tanınırlar və adlarını İtalyan zooloq Francesco Cettidən alıblar.

Yayıldığı ərazilər

[redaktə | mənbəni redaktə et]

Cənubi Avropa, şərqdə cənubi mülayim Asiya, uzaqta Əfqanıstanda, şimal-qərbi Afrikada çoxalırlar.