Cevriss Emane (fr. Gévrise Émane 27 iyul 1982, Yaunde, Kamerun) — Kamerun əsilli Fransalı cüdoçu. 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, üçqat dünya, beşqat Avropa çempionu.[1] Karyerası ərzində 63 və 70 kiloqramadək çəki dərəcələrində çıxış edib. 2013-cü ildə Fransa dövləti tərəfindən "Xidmətlərə görə" ordeni ilə təltif olunub.[2]
Cevriss Emane | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Gévrise Émane | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Cevriss Emane | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Fransız | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Yaunde, Kamerun | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.60 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 70 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Cüdo | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Ağırlıq dərəcəsi | 70 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Emane 2005-ci ildə Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş dünya çempionatında (70 kq-a qədər çəki dərəcəsində) gümüş medal qazanıb,[3] bu medal idmançının peşəkar səviyyədə qazandığı ilk uğur sayılır. 2006-cı ildə Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatının finalında Almaniya cüdoçusu Hayde Vollert üzərində təmiz qələbə (ippon) qazanaraq ilk dəfə Avropa çempionu titulunu qazanıb.[4]
Emane dünya çempionu titulunu ilk dəfə 2007-ci ildə Rio-de-Janeyroda keçirilmiş cüdo üzrə dünya çempionatında qazanıb. O, həlledici görüşdə amerikalı Ronda Rauzini xal hesabı ilə məğlub edib.[5]
2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında ölkəsini 70 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündəcə ispaniyalı Leye İqlesiasa məğlub olaraq mübarizəni dayandırıb.
2011-ci ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş dünya çempionatında ikinci dəfə dünya çempionu adını qazanıb. O, 63 kiloqram çəki dərəcəsinin final görüşündə yaponiyalı ikiqat dünya çempionu Yosie Uenoya qalib gəlib.[6]
2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmiş və 63 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.[7]