Ceyhun Hidayətli

Ceyhun Mətləb oğlu Hidayətli (7 avqust 1991, Bakı) – Azərbaycan detektiv yazıçısı, hüquqşünas.

Ceyhun Hidayətli
Doğum tarixi 7 avqust 1991(1991-08-07) (31 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı, hüquqşünas
Əsərlərinin dili Azərbaycan
Janr Detektiv
İlk əsəri "Əqrəb" romanı
Tanınmış əsəri "Əqrəb" romanı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceyhun Hidayətli 7 avqust 1991-ci il tarixdə Bakı şəhərində həkim ailəsində doğulmuşdur. Orta təhsilinə 1997-ci ildə başlayan yazıçının hələ uşaq yaşlarından ədəbiyyata böyük marağı olmuş, məktəb illərində bir neçə şeiri "Tumurcuq" uşaq qəzetində dərc edilmişdir. 2008-ci ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2012-ci ildə həmin universiteti bitirərək hərbi xidmətə yollanmışdır. 2013-cü ildə daha bir şeiri[1]"525-ci" qəzetdə işıq üzü görmüşdür. Əmək fəaliyyətinə 2013-cü ildə Sabunçu Rayon Məhkəməsində başlayan Ceyhun Hidayətli orada müxtəlif vəzifələrdə çalışmış, 2016-cı ildən özünün təsisçisi olduğu hüquq şirkətinin baş hüquqşünası kimi fəaliyyət göstərmişdir. 2019-cu ildən hazıradək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşıdır. Ailəlidir, iki övladı var.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Yazıçı detektiv janrda yazılan üç romanın müəllifidir. Onun ilk kitabı 2015-ci ildə çap olunan "Əqrəb" romanıdır. Kitab böyük oxucu kütləsi əldə edərək sevildikdən sonra yazıçı roman yazmağı davam etdirməyi qərara almışdır. 2017-ci ildə onun növbəti romanı "Qarlar arasında ölüm", 2019-cu ildə isə "Bəyaz şeytan" işıq üzü görmüşdür. Sonuncu romanda ölkəmiz üçün bir ilkə imza atılaraq kitabın 153-cü səhifəsindən sonrası qıfılla kilidlənmiş və romanın davamını oxumaq istəyən oxucuya əsərdəki detektiv kimi düşünmək, verilən məntiqi sualın cavabını taparaq kilidi açmaq imkanı yaradılmışdır. "Əqrəb" romanının motivləri əsasında geniş izləyici kütləsi toplayan və izləyicilərin böyük əksəriyyəti tərəfindən bəyənilən "Əqrəb mövsümü" serialı filmi çəkilmiş və 2023-cü ilin yanvar ayı ərzində İctimai Televiziyada yayımlanmışdır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Əqrəb" (detektiv roman). Bakı: Qanun nəşriyyatı, 2015;
  • "Qarlar arasında ölüm" (detektiv roman). Bakı: "Yumruq Ədəbi Birliyi", 2017;
  • "Bəyaz şeytan" (detektiv roman). Bakı: "Mayak yayınları", 2019.
  • "Cəhənnəmin elçisi" (çapı planlaşdırılır).

Əsərlərinin əsas qəhrəmanı[redaktə | mənbəni redaktə et]

Kənan Orucov – Türkiyədə kifayət qədər tanınmış detektivdir. Bakıda hüquq fakültəsini bitirdikdən sonra xalasının da təkidi ilə işləmək üçün Türkiyəyə yollanır. Burada bir müddət başqa işlərdə çalışsa da, sonradan müstəqil detektiv kimi fəaliyyətə başlayır, lakin sonradan, araşdırdığı işlərə görə ailəsinin həyatı üçün təhlükə yarandığını görüb vətənə geri qayıdır və artıq detektiv kimi fəaliyyət göstərməmək qərarına gəlir. Ancaq burda da detektiv fəaliyyətindən uzaqlaşmağı bacara bilmir.

Əsərləri əsasında çəkilmiş seriallar və filmlər[redaktə | mənbəni redaktə et]

Yazıçı Ceyhun Hidayətlinin "Əqrəb" (Detektiv roman) romanı əsasında, 2023-cü ildə Azərbaycan İTV kanalında 12 seriyadan ibarət "Əqrəb mövsümü" teleserial çəkilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ceyhun Hidayətli. "Kaş səni son dəfə görə biləydim şeri". https://525.az/news/13052-kas-seni-son-defe-gore-bileydim--seir (az.). Archived from the original on 6 May 2023. İstifadə tarixi: 03 may 2023.
  2. "Arxivlənmiş surət". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]