Ceyhun Mustafazadə

Ceyhun Şükür oğlu Mustafazadə (27 yanvar 1997, Sarıcalı, Ağcabədi rayonu2020) — Əsgər, MAHHXHQ, İkinci Qarabağ müharibəsi şəhidi.

Ceyhun Mustafazadə
Şəxsi məlumatlar
Doğum tarixi 27 yanvar 1997(1997-01-27)
Doğum yeri
Vəfat tarixi 2020
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər

Ceyhun Mustafazadə 27 yanvar 1997-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulub.[1]

O Xocalı rayon sakini, Birinci Qarabağ müharibəsi veteranı Adilov Şükür Mustafa oğlunun ailəsində dünyaya gəlmişdi. Ailə 3 qardaş olublar. Ceyhun ailənin ən kiçik övladı idi. Subay idi.[2]

Ceyhun, orta təhsilini Sarıcalı kəndi Müşfiq Uluxanov adına tam orta məktəbdə almış, təhsilini Ağcabədi Pedaqoji Kollecinin, Texnologiya müəllimliyi ixtisası üzrə davam etdirmişdir.

2017-ci il iyun ayında hərbi xidmətə çağırılıb. Naxçıvandakı “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmət edib. 2019-cu il yanvar ayında hərbi xidmətini başa vurub. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xidmətini kəşfiyatçı kimi davam etdirib.

Naxçıvanda Günnütün alınmasında cəsur döyüşçü kimi vuruşan Ceyhun, İkinci Qarabağ müharibəsinin də iştirakçısı oldu.

Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və başqa yüksəkliklərin alınmasında yüksək səviyyədə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəldi.

Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilib.

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Günnüt əməliyyatının igid əsgəri, Vətən Müharibəsinin şəhid kəşfiyyatçısı". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-05.