Ceyn Eyr (ing. Jane Eyre) - 1983-cü ildə Böyük Britaniyanın BBC kanalında yayımlanan televiziya serialıdır.[1] Televiziya serialı Şarlotta Brontenin eyniadlı əsəri əsasında çəkilmişdir. Bu mini-serial "BBC" kanalının "Ceyn Eyr" əsəri əsasında hazırladığı ikinci televiziya serialıdır. Bundan əvvəl "BBC" kanalı 1973-cü ildə Ceyn Eyr mini-serialını istehsal etmişdir. Hər iki televiziya serialının süjeti, demək olar ki, kitabın məzmunu ilə eynidir. İlk hazırlanan müddətdə mini-serial 11 seriyadan ibarət olmuşdur. Lakin ilk dəfə olaraq 18 aprel 2005-ci il tarixində DVD-də çıxan mini-serial, hər seriyanın davam etmə müddəti 60 dəqiqə olmaqla 4 seriyadan ibarətdir. Bütün seriyaların davam etmə müddəti ümumi olaraq 239 dəqiqədən ibarətdir.
Ceyn Eyr | |
---|---|
ing. Jane Eyre | |
| |
Janr | Melodram |
İlk baxış tarixləri | 1983 |
Rejissor | Culian Emyes |
Operator |
Devid Duqud Con Kenvey Keyt Selmon |
Prodüser | Berri Letts |
Yaradıcısı | Şarlotta Bronte |
Ssenarist |
Roman: Şarlotta Bronte Uyğunlaşdıran: Aleksandr Baron |
Rollarda |
Zila Klark Timoti Dalton Ceyms Markus Demien Tomas Moraq Hud Elen Donnelli Robert Ceyms Cudi Kornvell Meri Tamm Alan Koks Treysi Çaylds Kolett Barker Cobi Blanşard Avril Klark Meri Kenton İv Metison Kolin Civons Blanş Yuinou Endryu Biknell |
Bəstəkar | Pol Rid |
Montajçı |
Yen Kollinz Oliver Vayt |
Rəssam |
Maykl Edvards Qill Hardi |
İstehsalçı ölkə | Birləşmiş Krallıq |
İl | 1983 |
Studiya | BBC |
Dil |
İngilis dili Fransız dili |
İlk çıxış tarixi |
9 oktyabr 1983 18 oktyabr 1983 |
Rəng | Rəngli |
Mövsüm sayı | 1 |
Seriya sayı | 11 |
Seriya vaxtı | 28 dəqiqə |
Davametmə müddəti | 239 dəqiqə |
Telekanal | BBC |
IMDb | ID0085037 |
"Ceyn Eyr" televiziya serialında, kiçikliyi və kədərli xatirələrlə dolu olan gənc bir qadının, zəngin bir İngilis ziyalısı olan Cənab Roçesterin yanına mürəbbiyə olaraq yerləşməsi, iki insanın aralarında keçən dramatik və romantik hadisələrindən söhbət açılır. Sevgi və qısqanclıq kimi duyğuları daha əvvəl heç dadmamış olan Ceyn, bu duyğularla birlikdə gələn xəyal qırıqlıqlarını da yaşamağa məcbur olacaqdır.[2]
Ceyn Eyr 10 yaşında olan zəif bir uşaqdır. Onun valideynləri və dayısı dünyadan köçmüşlər. Evdə yaşayanlar isə ona mənfi münasibətlə yanaşırdılar. Ceyn Eyrə evdəkilərdən yalnız dayə Bessi Li hörmətnən yanaşırdı. Evdə yaşayanlar onu pansion məktəbə göndərməyə qərar verirlər. Ceyn Eyr evi birdəfəlik tərk edərək, məktəbə gedir. O, bir xidmətçi tərəfindən qarşılanır. Ceyn Eyr buranı öz evinə bənzədir. Məktəbdə 80-a yaxın qız vardır. Burada uşaqlarnan çox pis rəftar edirdilər. Lakin xoşbəxtlikdən məktəbin direktoru olan Miller mülayim xanım olduğundan, Ceyn Eyr yaxşı təhsil ala bilir. Məktəbdə oxuyan zaman ətrafda taun xəstəliyi yayılmağa başlayır. Bir çox insanlar, o cümlədən, məktəbin direktoru xəstəlikdən vəfat edir. Ceyn Eyr zaman keçdikcə bütün müəllimləri tərəfindən sevilir və bir çox şəxslərin ona paxıllıq etməsinə səbəb olur. Ceyn Eyr burada 8 il təhsil alır. Təhsilini bitirdikdən sonra Ceyn Eyr 2 il müəllim olaraq çalışır.
Ceyn Eyr 2 il müəllim olaraq çalışdıqdan sonra Roçester ailəsində mürəbbiyə kimi işləməyə başlayır. Zaman keçdikcə Ceyn Eyr Edvard Roçesterin bəraətini qazanmağa başlayır. Onlar arasında sevgi münasibətləri yaranmağa başlayır. Edvard Roçester bir müddət sonra Ceyn Eyr ilə evlənməyə hazırlaşır. Lakin onlar evlənən zaman bir adam vəkili ilə bərabər mərasimi dayandırır. Məlum olur ki, həmin adam Edvard Roçester Roçesterin həyat yoldaşının qardaşıdır. Roçesterin həyat yoldaşı ruhi xəstədir. Bu səbəbdən Roçester hamıdan onu gizlətməyə çalışırdı. Bu hadisədən sonra Ceyn Eyr Roçesterə mənfi münasibətlə yanaşır. Bir müddət sonra Ceyn Eyr Roçesterin evini tərk edir.
Neçə gün ac-susuz qalan Ceyn Eyr, sonda evlərdən birinə çatır. Bu evdə yaşayan Diana, Meri və Sent Con Rivers ona həm maddi, həm də mənəvi cəhətdən dəstək olurlar. Sent Con Rivers, Ceyn Eyr haqqında məlumatlar əldə edir. Məlum olur k, dayısı ona miras qoymuşdur və Sent Con Rivers onun bibisi oğludur. Bu məlumatı Sent Con Riversdən eşidən Ceyn Eyr, mirasdan daha çox yaxınlarını tapdığı üçün çox şad olur. Bir müddət sonra Ceyn Eyr mirası özü ilə bərabər, evdə yaşayan şəxslər arasında öz razılığı ilə bölür. Sent Con Rivers Ceyn Eyrə evlənmək təklif edir. Lakin bu zaman Ceyn Eyr qəflətən Roçesterin onu çağırdığını hiss edir və bu səbəbdən tez bir zamanda evdəkilərlə vidalaşaraq, Roçesterin evinə geri dönür. Geri döndükdən sonra öyrənir ki, Roçesterin həyat yoldaşı evi yandıran zaman Roçester həm əlindən, həm də gözündən ağır zədə almışdır. Həmçinin, Roçesterin həyat yoldaşı evin damından aşağı düşərək, dünyadan köçmüşdür. Görmə qabiliyyətini itirən Cənab Roçester Ceyn Eyri səsindən tanıyır və bundan şad olur. Ceyn Eyr onunla birlikdə qalmağa qərar verir. Bu hadisədən 2 il keçdikdən sonra Roçesterin görmə qabiliyyəti yaxşılaşır. Onlar firavan həyat yaşayırlar.
Aktyor/aktrisa | Rol | Epizodlar |
---|---|---|
Zila Klark | Ceyn Eyr | 10 epizod, 1983 |
Timoti Dalton | Cənab Edvard Ferfaks Roçester | 9 epizod, 1983 |
Ceyms Markus | Con | 5 epizod, 1983 |
Demien Tomas | Riçard Meyson | 4 epizod, 1983 |
Moraq Hud | Meri Rivers | 3 epizod, 1983 |
Elen Donnelli | Diana Rivers | 3 epizod, 1983 |
Robert Ceyms | Broklhörst | 2 epizod, 1983 |
Cudi Kornvell | Xanım Rid | 2 epizod, 1983 |
Meri Tamm | Blanş İnqrem | 2 epizod, 1983 |
Alan Koks | Con Rid | 1 epizod, 1983 |
Treysi Çaylds | Corciana Rids | 1 epizod, 1983 |
Kolett Barker | Helen Börns | 1 epizod, 1983 |
Cobi Blanşard | Ostler | 1 epizod, 1983 |
Avril Klark | Xanım Sketçered | 1 epizod, 1983 |
Meri Kenton | Xanım Smit | 1 epizod, 1983 |
İv Metison | Leah | 4 epizod, 1983 |
Kolin Civons | Cənab Briqqs | 4 epizod, 1983 |
Culiya Keplman | Berta Meyson | 4 epizod, 1983 |
Blanş Yuinou | Adel | 3 epizod, 1983 |
Keyt Devid | Bessi Li | 3 epizod, 1983 |
Endryu Biknell | Sent (St.) Con Rivers | 2 epizod , 1983 |
Enn Dayson | Hannah | 2 epizod, 1983 |
Sian Pattenden | Ceyn Eyrin uşaqlığı | 2 epizod, 1983 |
Silviya Breyşey | Mariya | 2 epizod, 1983 |
Norman Rutherford | Ser Corc Linn | 2 epizod, 1983 |
Coys Kamminqs | Xanım Dent | 2 epizod, 1983 |
Epizod | Çıxış tarixi | Göstərildiyi ölkə |
---|---|---|
Epizod #1.1 | 9 oktyabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.2 | 16 oktyabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.3 | 23 oktyabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.4 | 30 oktyabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.5 | 6 noyabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.6 | 13 noyabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.7 | 20 noyabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.8 | 27 noyabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.9 | 4 dekabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.10 | 11 dekabr 1983 | Birləşmiş Krallıq |
Epizod #1.11 | 18 dekabr 1983 | Birləşmiş Krallıq |
Treklərin siyahısı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | İfaçılar | Müddət | ||||||
1. | "Prelude in A Major, Op. 28, No. 7" | Frederik Şopen | 1:16 | ||||||
2. | Xerxes: Largo | Georq Fridrix Hendel | 14:31 | ||||||
3. | Piano Sonata No. 11 in A major, K. 331: I. Andante grazioso | Volfqanq Amadey Motsart | 3:45 |
"Ceyn Eyr" mini-serialı 1984-cü ildə "BAFTA" mükafatının "Ən yaxşı drama" kateqoriyası üzrə nominasiyaya layiq görülmüşdür. 1985-ci ildə "CableACE Awards" mükafatının "Ən yaxşı incəsənət istiqaməti üzrə video lent" kateqoriyası üzrə nominasiyaya layiq görülmüş, "Ən yaxşı video kaset" və "Ən yaxşı kostyum rəssamı" kateqoriyaları üzrə mükafata sahib olmuşdur.
Mükafat | Kateqoriya | Layiq görülən | Nəticə |
---|---|---|---|
BAFTA mükafatı[3] | Ən yaxşı drama | Berri Letts, Culian Emyes | Namizəd |
CableACE Awards[4] | Ən yaxşı incəsənət istiqaməti üzrə video lent | Zila Klark | Namizəd |
Ən yaxşı video kaset | Maykl Edvards | Qazandı | |
Ən yaxşı kostyum rəssamı | Qill Hardi | Qazandı |
Ölkə | Çıxış tarixi | Adı | Dil |
---|---|---|---|
Böyük Britaniya | 9 oktyabr 1983 | Jane Eyre | ingilis dili |
İsveç | 18 noyabr 1984 | Jane Eyre | isveç dili |