Ceyrançöl düzü — Eldar çölü düzü ilə Kürçayı arasında yerləşərək Qazangöl rayonundan Mingəçevir su anbarına qədər uzanır.
Ceyrançöl düzü | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 0,9 km² |
Coğrafiyası | |
Çay | Kür |
Yerləşməsi | |
41°06′36″ şm. e. 45°51′22″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayonlar | Tovuz, Samux |
|
|
|
Ceyrançöl düzünün sahəsi 0,9 km²-dir. Relyefi onun tektonikası ilə sıx əlaqədar şəraitdə formalaşmışdır.
Düzün mərkəzində yerləşən Ceyrançöl dağı digər dağlardan fərqli olaraq, gümbəzvari quruluşa malikdir. O, hər tərəfə tədriclə enərək düzənliklərlə birləşir və qalxanvari səth əmələ gətirir.
Ceyrançöl düzünün mərkəzindən keçən Qanlı qobu və onun inkişaf etməkdə olan qolları Çeyrançöl düzünü kəsir. Ceyrançöl rayonu yağıntısının az (Samuxda 265 mm), orta illik, yay və qış temperaturunun yüksək olması ilə əvvəlki rayonlardan fərqlənir.
Burada boz-qonur və açıq şabalıdı torpaqlar geniş yayılmışdır. Bu torpaqlar humusun azlığı, karbonatın çoxluğu ilə bir-birindən fərqlənir. Rütubət nisbətən çox olan sahələrdə torpaq örtüyü tamamilə şoranlaşmış və səthdə ağ örtük əmələ gətirmişdir.
Bitki örtüyü şoran, kəngiz-yarğan, yovşan-efemer qruplaşmalarından ibarətdir. Dağların dik cənub yamaclarında torpaq-bitki örtüyü inkişaf etməmişdir.
Təbii şəraitin müxtəlifliyi Ceyrançöl düzü daxilində 4 yarımrayona ayırmağa imkan verir: Palantökən, Ceyrançöl, Quyruqençi, Yenikənd yarımrayonları [1][2]