Ceyran Axundova

Ceyran Allahyar qızı Axundova (d. 15 avqust 1959; Şabran, Azərbaycan) — ictimai xadim, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi.

Ceyran Axundova
bayraq
Sumqayıt şəhər Mədəniyyət və
Turizm İdarəsinin məsləhətçisi
2007 – hal-hazırda
Şəxsi məlumatlar
Doğum tarixi (64 yaş)
Doğum yeri Şabran, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan

Təltifləri "Tərəqqi" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceyran Axundova 1959-cu il 15 avqustda Şabran rayonunda (dövrünün Dəvəçi rayonu) anadan olub. Ceyran Axundova 1978-1981-ci illərdə Nadejda Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunda orta ixtisas, 1981-1987-ci illərdə isə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində ali ixtisas təhsili alıb.

Ceyran Axundova ailəlidir; Əbdülməcid (d. 1993 - ö. 2016) və Elçin (d. 1992) adında iki oğul övladı var.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1990-1996-cı illərdə Səməd Vurğun adına Mərkəzi Kitabxanada müxtəlif vəzifələrdə çalışan Ceyran Axundova 1996-cı ildə Kitabişləmə və Komplektləşdirmə şöbəsinin müdiri vəzifəsində olub.

2007-ci ildən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsdə məsləhətçisi vəzifəsində çalışır. 2016-cı ildə "Tərəqqi" medalı ilə təltif olunub.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]