Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Temnothorax hyrcanus (lat. Temnothorax hyrcanus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin qarışqalar fəsiləsinin temnothorax cinsinə aid heyvan növü. Çox nadir sosial parazitar qarışqadır. Azərbaycanın endemik canlısıdır.
Temnothorax hyrcanus | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Dəstə: Ranqsız: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Temnothorax hyrcanus |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Kiçik ölçülü qarışqadır. Onun uzunluğu 3 mm təşkil edir. Gözləri iridir və başın ön hissəsində yerləşir. Ümumi xüsusiyyətlər baxımından Leptothorax cinsinə daxil növlərlə oxşarlığı vardır.
Növ ilk dəfə 2010-ci ildə rus entomoloqu D. А. Dubovikov (Sank-Peterburq) və ukraynalı alim А. Q. Radçenko (Kiyev) tərəfindən aşkarlanmışdır. 2014 Myrmicinae fəsilə üstündə aparılan araşdırmalar nəticəsində növ Temnothorax hyrcanus adlandırılmış və Temnothorax cinsinə daxil edilmişdir.