Qalapaqos tısbağası (lat. Chelonoidis niger) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin tısbağalar dəstəsinin quru tısbağaları fəsiləsinin chelonoidis cinsinə aid heyvan növü.
Qalapaqos tısbağası | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||||
Beynəlxalq elmi adı | ||||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||||
|
Yaşayan ən böyük tısbağa növü olub, ən ağır 10-cu sürünəndir, ağırlığı 400 kq-a, uzunluğu 1.8 metr-ə qədər çata bilir. 100 ilə yaxın ömür sürməklə, ən uzun ömürlü onurğalılardan biridir. Nəzarətə alınmış bir növü ən azı 170 il yaşamışdır.
Tısbağa Ekvator ərazisinin qərbindən təxminən 1000 km-də yerləşən bir vulkanik arxipelaq olan yeddi Qalapaqos adalarına məxsusdur. İspan tədqiqatçılar 16-cı əsrdə adanı kəşf etmiş və İspanca mənası tısbağa olan galápago adını vermişlər.
Qoruyucu qabığının ölçüsü və forması populyasiyalar arası dəyişir. Adanın rütubətli yüksəkliklərində, tısbağalar böyük olub, günbəz şəkilli qoruyucu qabığa və qısa boyuna malik olurlar – adanın quru alçaqlıqlarında isə, tısbağalar kiçik olub, yəhər şəkilli arxalı qoruyucu qabığa və uzun boğaza malik olurlar. Çarlz Darvin 1835-ci ildə bu fərqlilikləri müşahidə etmiş və bu onun təkamül nəzəriyəsinin inkişafına töhfə vermişdir.
Tısbağaların sayı 16-cı əsrdə 250,000 olsa da, bu rəqəm 1970-ci ildə 3000-ə qədər azaldı. Bu azalmaya ət və yağ üçün növlərin istismarı, kənd təsərrüfatı üçün yaşayış sahələrinin dəyişdirilməsi və adaya aid olmayan məsələn, siçovullar, keçilər və donuzların adaya gətirilməsi səbəb olmuşdur. Vəhşi təbiətdə, əsl 14 alt növdən 10 ədədi qurtulmuş; 11-ci alt növünün isə yaşayan bir yeganə fərdi 2012-ci il iyunda ölümünə qədər nəzarətə alınmış və Lonsam Corc (Lonesome George) ləqəbi verilmişdir. 20-ci əsrin başlanğıcından etibarən mühafizə cəhdləri nəticəsində minlərlə nəzarətə alınmış cavan növlər öz əcdadlarının doğma adalarına buraxılmış, və növlərin ümumi sayının 21-ci əsrin başlanğıcında 19,000-ə yetişməsi təxmini hesablanmışdır. Çalışmalara baxmayaraq, növləri bütünlüklə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən “təhlükəyə açıq (mühafizəsiz)” kimi sinifləndirilmişdir.