Chimonanthus praecox var. reflexus

Chimonanthus praecox (lat. Chimonanthus praecox) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin calycanthaceae fəsiləsinin chimonanthus cinsinə aid bitki növü.

Chimonanthus praecox
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi və Şərqi Çində, Yaponiyada geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

2–3 metr hündürlükdə yarpağını tökən koldur. Gövdələri yuxarıya doğru düz qalxır. Cavan budaqları tüklü, birillik budaqları isə çılpaq, bozumtul-yaşıl və ya qəhvəyi rəngdədir. Tumurcuqları iti, kirəmit şəklində düzülmüş pulcuqludur. Yarpaqları yumurtavari və ya yumurtavari-neştərvari, uc tərəfdən sivri, qaidəsi dairəvi və ya pazvaridir, uzunluğu 7–20 sm, eni isə 3,5–7 sm-dir. Təzə əmələ gəlmiş yarpaqları tüklü olub, sonradan çılpaqlaşır, hər iki tərəfdən parıldayan açıq-yaşıl rəngdədir. Saplaqları 0,5–0,8 sm uzunluqdadır. Zəngçiçəklərin diametri 2,5 sm olub, pulcuqlarla örtülü olur. Çiçəkləri xaricdən sarı, içəridən isə qonur-qırmızı rəngli olub, xoş ətirə malikdir. Erkəkcikləri 5–6 ədəddir. Dekabr ayında çiçəkləyir. Meyvələri silindrik, uzunluğu 5–7 sm-dir. Toxum və çiliklərlə artılır.

Havanın quraqlığına və suyun çatışmazlığına pis dözür. İşıqsevəndir, ancaq kölgəyə dözür. Gilli, qidalı, yumşaq, orta nəmişli torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Gəncə, Zaqatala və Abşeronda mədəni şəraitdə becərilir.

Tez çiçəkləməsinə, ətirli, gözəl və rəngli çiçəklərinə görə park və bağlar üçün qiymətli koldur

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Beureria praecox (L.) Kuntze
  • Calycanthus praecox L.
  • Meratia praecox (L.) Rehder & E.H.Wilson

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Calycanthus suaveolens Salisb.
  • Chimonanthus caespitosus T.B.Chao, Z.X.Chen & Z.Q.Li
  • Chimonanthus fragrans (Loisel.) Lindl.
  • Chimonanthus fragrans var. grandiflorus Lindl.
  • Chimonanthus grandiflorus (Lindl.) Steud.
  • Chimonanthus luteus (G.Don) Biel.
  • Chimonanthus parviflorus Raf.
  • Chimonanthus praecox var. concolor Makino
  • Chimonanthus praecox f. grandiflorus (Lindl.) Rehder
  • Chimonanthus praecox var. grandiflorus (Lindl.) Makino
  • Chimonanthus praecox var. intermedius Makino
  • Chimonanthus praecox f. intermedius (Makino) Okuyama
  • Chimonanthus praecox f. luteus (G.Don) Okuyama
  • Chimonanthus praecox var. luteus G.Don
  • Chimonanthus praecox var. reflexus B.Zhao
  • Chimonanthus praecox f. versicolor B.Zhao
  • Chimonanthus verus Biel.
  • Chimonanthus yunnanensis W.W.Sm.
  • Meratia fragrans Loisel.
  • Meratia praecox var. grandiflora (Lindl.) Rehder & E.H.Wilson
  • Meratia yunnanensis (W.W.Sm.) Hu