Gözəl baladovdaq (lat. Chlamydotis undulata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinin baladovdaq cinsinə aid heyvan növü.
Gözəl baladovdaq | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Gözəl baladovdaq |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nadir növdür.
Azərbaycanda kritik vəziyyətdədir (CR). Yaxın gələcəkdə nəsli kəsilə bilər.
Ümumi rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur [3].
Naxçıvan MR üçün səciyyəvi quş olub. Keçmişdə Arazboyu bozqırlarda nəsil verib. 1926-cı il aprel-may aylarında Naxçıvan yaxınlığında cücələrini gəzdirməsi müşahidə edilib [4].
Səhra, yarımsəhra və bozqırlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda XX əsrin əvvəllərinə qədər nəsil verib [5]. Son illərdə ancaq köç vaxtı rast gəlinir [6][7]. Rusiyada aprelin birinci yarısında yumurtlayırlar. Yumurtalarını kiçik çalaya (diametri 10-15 sm), bəzən isə birbaşa torpağın üzərinə, düz yerə qoyur. Adətən 3, tək-tək hallarda 2, yaxud 4 yumurta verir. Yalnız dişi quş kürt yatır, inkubasiya müddəti 23-28 gün çəkir. Yem rasionuna həşərat, kiçik sürünənlər və bitkilər daxildir [8].
Səhra, yarımsəhra və bozqırların kənd təsərrüfatı bitkiləri altında intensiv istifadə edilməsi və böyük miqdarda mal-qara otarılması, qanunsuz ovçuluq.
Elmi və estetik əhəmiyyəti var.
Ovlanması qadağandır. Ordubad Milli Parkının yarımsəhra ərazilərində yasaqlıqlar kömək edir. Azərbaycanın (1989) və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitablarına, CİTES, Bonn və Bern konvensiyalarına daxil edilib.
Azərbaycanda reproduktiv bərpa edilməli, oraya repatriasiya olunmalı və ciddi nəzarət altında saxlanılmalıdır.