Argentina zirehlisi (lat. Chlamyphorus truncatus[3]) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Kaktuslar və tikanlı kollar bürümüş quru çöllüklər və düz qumlu ərazilərin yayıldığı mərkəzi Argentinada aşkarlanmışdır.
Argentina zirehlisi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Argentina zirehlisi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Argentina zirehlisi quyruq istisna olmaqla, 90–115 mm-ə qədər böyüyür. Solğun çəhrayı və ya çəhrayı rəngdə olması ilə fərqlənirlər. Qorxduqda bir neçə saniyədə özünü tamamilə torpağa basdıra bilirlər.
Gecə heyvanıdır. Qarışqa yuvalarına yaxın quru torpaqda kiçik çuxurları qazırlar. Əsasən qarışqa və ya sürfələri ilə qidalanırlar. Həm də bəzən qurdlar, ilbizlər, böcəklər və onların sürfələri ilə yanaşı bitki kökləri də qidalana bilirlər.
Argentina zirehlisi vaxtının çoxunu yeraltında keçirirlər. Həyat tərzinə görə kisəli köstəbəyə bənzər bir həyat sürürlər. Böyük ön pəncələri ilə heyvan qumu qazır və suda üzə bilir. Argentina zirehlisinin gövdəsi torpedoya bənzəyir. Başı qumdan qorunmaq üçün üzəri zirehlə örtülmüşdür.
1996-cı ildə Beynəlxalq Təbiəti Qoruma Birliyi bu növü "nəsli kəsilməkdə olan" kateqoriyasına aid etmişdir[4]. 2006-cı ildə Argentina zirehlisi onsuz da "Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar" kimi xarakterizə olunurdu, bu da az təhlükə deməkdir. 2008-ci ildən bəri "Haqqında məlumat olmayanla" kimi xarakterizə olunur, lakin qeyd olunur ki, bu növ üçün təhlükə əsasən qismən mal-qara yetişdirilməsi ilə əlaqəli yaşayış mühitinin məhv olmasıdır.