Qara bataqlıq susüpürəni (lat. Chlidonias niger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin bataqlıq susüpürəni cinsinə aid heyvan növü.
Qara bataqlıq susüpürəni | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Növ: Qara bataqlıq susüpürəni |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qara bataqlıq susüpürənləri 25 sm uzunluğa sahib olurlar. İti dimdikləri qara, ayaqları qırmızı-qonur rəngdə olur. Çütləşmə dönəmində əsasən qara, üzərləri isə boz rəngdə olur. Erkək və dişilər eyni rəngə sahib olurlar. Bir çür "kiik" və ya "kik-kik" kimi səslər çıxarırlar.
Qara bataqlıq susüpürəni Şərqi, Cənubi və Mərkəzi Avropanın su tutarları, bataqlıqları, göllərinə yayılırlar. Afrikanın tropik sahillərində qışlayırlar.
Qara bataqlıq susüpürənlər balıqlar, suda-quruda yaşayanlar və balıqlarla qidalanırlar. Öz şikarlarını havada və ya suda tuturlar.
Qara bataqlıq susüpürəni may-iyul aylarında kiçik koloniyalarda yuva qurur. Yuva gölməçənin kənarında və ya üzən yarpaqlarda, qamışlıqlarda yerləşir. Dişilər 2–3 yumurta qoyur. Təxminən 3 həftəlik qırt yatmadan sonra balalar görünür. Sonrakı 3 həftədən sonra balalar uça bilir.