Sürfəsixordalılar, qişalılar və ya Tunikalılar (lat. Tunicata, Urochordata) — xordalılar tipinə daxil olan yarımtip. Bura 5 sinif aiddir.
Tunikalılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Yarımtip: Tunikalılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
100-dən çox növü məlumdur.
Bu heyvanlarda xorda yalnız sürfə mərhələsində olur. Yarımtipin adı da buradan götürülmüşdür. Bunlar dənizdə oturaq həyat keçirir. Bəziləri zəif hərəkətlidir. Bədən pərdə və ya tunika adlanan xüsusi qatla örtülüdür. Suyu süzməkİə passiv qidalanır. Hermafroditdir, yəni bir fərddə həm dişi, həm də erkək cinsiyyət hüceyrələri inkişaf edə bilir. Tumurcuqlanma yolu ilə çoxalanları da var. Sürfəsixordalılara assidilər, salplar və appendikularilər daxildir. Azərbaycanda yaşamır.
Qişalılar (Tunicata) alt-tipinin nümayəndələri dəniz canlıları olub 500 m-dən 7000 m-dək dərinliklərdə yaşayır. Onlar planetdə 3 sinifə aid 3000-dən çox növlə təmsil olunur. Bədənləri əsasən, kisəvarı və çəlləkvarıdır. Bədəni qişa örtülüdür. Hermofrodit canlılar olub cinsi və qeyri-cinsi yolla coxalır. Azərbaycan faunasında bu canlılar tapılmayıb.
3 sinfi əhatə edir:
Assidilər (Ascidiacea) sinfi
Lavralar (Larvacea) sinfi
Salplar (Thaliacea) sinfi
Assidilər (Ascidiacea) sinfi bir neçə dəstədən, 100 cinsdən ibarət 2000 növü əhatə edir. Bu sinfin nümayəndələri bütün dənizlərdə yayılmışdır. Assidilərin yetkin fərdləri hər hansı bir səthə yapışaraq hərəkətsiz həyat sürdüyü halda, sürfələri suda sərbəst üzürlər. Bir neçə gün sərbəst üzdükdən sonra münasib bir qayanın səthinə çökərək süstləşirlər. Bəzi assidilər tək-tək, bəziləri isə koloniya şəraitində yaşayır. Ölçüləri 0.1 mm – 30 sm intervalında olan assidilərin bədənləri kutikulyar əmələgəlmədən ibarət qalın qat (tunika və ya mantiya) ilə örtülü olur. Mantiya ifrazından yaranmış bu qat onun bədənini əhatə edir.Udlaq çoxsaylı qəlsəmə dəliklərindən (stiqmalar) ibarət olub atrial boşluğa, oradan isə sifon vasitəsilə xarici mühitə açılır. Cinsi axarlar və arxa bağırsaqlar da öz növbəsində atrial boşluqla birləşir. Assidilər xordalı canlılardır. Onların inkişafının müxtəlif mərhələrində oxşar orqanları – bel hissədə sütun dayağı (xorda) olur. Onun əsasında onurğalı heyvanlarda onurğa sütunu yaranır. Xorda güçlü vakuollaşmış hüceyrələrdən formalaşır. Lakin assidilərdə xorda əlaməti yalnız sürfə fazasında müşahidə edilir. Assidilərdə sürfə fazasında beyin rüşeymi mövcuddur. Lakin yetkin fərd fazasında bu başlanğız tamamilə itir, onu sinir düyünü olan qanqli əvəz edir. Qanqli regenerasiya xüsusiyyətinə malikdir. Assidi sürfələrində xorda da mövcuddur. Assidilər hermofrodit (avtoqamiya) canlılardır. Assidilər xüsusi dəlikdən suyu xüsusi boşluğa sormaqla onun tərkibindəki qidanı filtrasiya edir. Bəzi assidilərin qanında vanadium vardır. Yaponiyada assidilər xüsusi plantasiyalarda süni çoxaldılır, yandırılaraq onlardan vanadium əldə edilir.
Larvaseyalar və ya Apendikulyariyalar (Larvacea) sinfinin əksər nümayəndələrinin ölçüləri bir neçə mm-dən çox olmur. Bəzi növlərin uzunluğu bir neçə sm-ə çatır. Dənizdə yaşayan bu canlılar xarici görünüşünə görə çömçəquyruqlara oxşayır. Onlar yumurtavari kiçik bədənə və quyruğa malikdir. Baş evcik formalı qişaya malikdir. Evcik sellülozadan deyil xitin maddəsindən ibarət olub canlının bədənini kip örtmür. Hal-hazırda Larvaseyaların 70-ə yaxın növü təsvir edilmişdir.
Bu sinifə aid növlər sərbəst üzən dəniz canlıları olub okean sularının səthindən bir neçə yüz metrdərinliklərə qədər yaşayırlar. Onlar bəzən çox böyük koloniyalar əmələ gətirir. Salpların 30-a qədər növü məlumdur. Simbiotik bakteriyalar hesabına işıq saça bilirlər. Salplar fitoplanktonlarla qidalanır. Bəzi balıqların, dəniz tısbağalarının yemini təşkil edir. Salpların bədənləri silindrik formada olub şəffaf tunika ilə örtülmüşdür. Onların uzunluğu 33 sm-ə çatır. Bədənin əks tərəfində sifon dəlikləri (udlağa aparan ağız və kloaka) yerləşir. Ürək qarın tərəfdə yerləşir. Qan-damar sistemi açıq tiplidir.Sinir sistemi qanqli və ondan şaxələnən sinirlərdən ibarətdir. Onun üst tərəfində işığahəssas orqan (göz) yerləşir. Həyat sikli ikicinsli və bircinsli nəsllərin əvəz olunması ilə gedir. Hermofroditar cinsi fərdin bədənində olan yeganə yumurtadan (blastozooida) bircinsli nəsl (oozoid) inkişaf edir. İnkişafın sonunda oozoid ana fərdi tərk edir və xüsusi şişdə (stolon) yeni blastozooidlərin tumurcuqlamasına başlayır. Blastozzodlar zənciri stolondan ayrılaraq bir neçə yüz fərddən ibarət koloniya şəklində yaşayır.