Cibbsit

Cibbsit — monoklinik sinqoniya mineralı.

Cibbsit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Al(OH)₃[1]
Strunz təsnifatı IV/F.02
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Cibbsit - Monoklinik, bəzən triklinik. Kristalları psevdoheksonal, lövhəvari, dirəkvari. İkiləşməsi polisintetik. Ayrılması {001} üzrə tam mükəmməl. Aqreqat: çiniyəbənzər, torpaqvari, sızma, kürəvi konkresiyalar. Rəngi rəngsiz, ağ, yaşımtıl. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 2,4. Çox vaxt hipergenez zonasında tapılır. Tərkibində Al, xüsusilə əsasi çöl şpatlarınefelin olan süxurların aşınması nəticəsində tropiksubtropik iqlimdə əmələ gəlir. Bəzən xloritlərin, kaolinit, halluazit, mikalar, bəzi piroksen və amfibolların, hətta kvarsın hidrargillitləşməsi müşahidə edilir. Hidrotermal mənşəli cibbsit də rast gəlir. Boksitlərdə geniş yayılmışdır. Sinonim: Hidrargillit.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]