Cihad Abdo (ərəb. جهاد عبدو; 21 oktyabr 1963 və ya 21 oktyabr 1962[1][2], Dəməşq) — məşhur suriyalı aktyor[3].
Cihad Abdo | |
---|---|
ərəb. جهاد عبدو | |
Doğum tarixi | 21 oktyabr 1963 (61 yaş) və ya 21 oktyabr 1962[1][2] (62 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, televiziya aktyoru |
Təhsili | |
IMDb | ID2178881 |
21 oktyabr 1962-ci ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdur.
Dəməşq Universitetini bitirmişdir.
Cihad Abdo 2017-ci ildə ABŞ-də siyasi sığınacaq alıb[3]. Rejimə etiraz edən Cihad Suriyada baş verən vətəndaş müharibəsindən sonra Şamdan Los-Ancelesə qaçmaq məcburiyyətində qalıb[3]. Bu ölkədə öz peşəsinə uyğun iş tapmayan Abdo aylıq maaşı 300 dollar olan kuryerliklə məşğul olmaq qərarına gəlib[3].
Həyat yoldaşı Fadia Afashe insan hüquqları üzrə vəkildir[3].
Cihad Abdo 43 filmdə rol alıb[3]. Onu Hollivuda 2011-ci ildə çəkildiyi "Bab al Hara" (azərb. "Qonşu qapısı") filmi aparıb[3].