Cihazlara Enmə Sistemi (ILS) (İng: instrument landing system), uçuş-enmə zolağı (UEZ) başına yerleştirilmiş ötürcülər vasitəsilə hava gəmilərinin enişinə kömək edən dəqiq yaxınlaşma sistemidir. ILS, hava gəmisini UEZ başlanğıcına qədər dəqiq yaxınlaşmasını təmin edən bir aeronaviqasiya koməkçi sistemiridir.
[1] Buludun aşağı sərhəddinin, görünüş faktorlarının çətin olduğu hava şəraitlərində, hava gəmisinin aşağı hüdürlükdə UEZ-ə yaxınlaşmasını ve zolağa elektronik cihazlarla təhlükəsiz eniş etməsini təmin edir. Pilota kurs və qlissada məlumatı verir.
Pilotların xüsusi ilə dumanlı ve qarlı havalar kimi görünüş məsafəsinin çox aşağı olduğu zamanlarda enişlərini böyük ölçüdə asanlaşdıran sistemin, tərkibində olan təchizatlar bunlardır:
UEZ səthində eninə yönəlmiş ve eniş istiqamətinin əksi istiqamətdə siqnal göndərən təhcizatdır. Hava gəmisini zolaq istiqamətinə doğru yönləndirir. UEZ sonundan etibaren 1000 fut (300 metr) məsafədedir. Localizer vericiləri 25 nm'yə qadar siqnal ötürür. Yani hava gəmisi, UEZ uzaqlığı 25 nm'dən itibarən siqnalı almağa başlayır. Hava gəmisinə sadecə UEZ istiqaməti məlumatını verir.
UEZ-ə 3°-lik şaquli bucaqla siqnal göndərən bir təhcizatdır. Yəni hava gəmisini 3°-lik bir əyilmə bucağı ilə UEZ başlanğıcına doğru yönəldir.
Localizer və Glide-Path təchizatlarının siqnallarının müəyyən məsafələrdə şaquli yayan təhcizatlardandır. Hüdürlük azaltma zamanı hava gəmisi pilotlarına, UEZ başlağıcına nə qədər məsafədə olduqlarını bildirir. Xarici, orta və yaxın olmaqla 3 markeri vardır. Xarici marker, UEZ başlanğıcına təxminən 4 nm (7240 m) məsafədə yerləşir. Orta marker, UEZ başlanğıcına 3500 feet (1050 m) məsafədə yerləşir. Yaxın marker isə, UEZ başlanğıcından 50 feet (15 m) məsafə uzaqlıqda yerləşdirilir. Ayrıca ILS-lər öz aralarında; hava gəmisinin 60 m-ə qədər hündürlükdə CAT 1, 30 m-ə qədər hündürlükdə CAT 2, və sıfır səviyyəsindəki CAT 3 olmaqla üç kateqoriyaya bölünür.
Aerodromlarda ILS sisteminə əlavə olaraq aeronaviqasiya köməkçi sistemleri (VOR sistemi, DME sistemi, NDB Sistemi və s.), Radar Sistemləri, vizual olaraq UEZ aydınlatma sistemləridə mövcuddur.
Hər aerodroma ILS sistemi qurula bilməz. Aerodromun olduğu yerin ekoloji ərazi kodları uyğun olmalıdır. Maneə meyarlarının; qalxışda 2%-lik əyrilik, enişdə isə 2.5%-lik əyrilik altında olmağı lazımdır. Cihazın lazımlılığı, aerodromun fiziki şərtlərinə görə müəyyən edilir. 800–1200 m görüş məsafəsindəki dumanlı havalarda etibarlı eniş etməyə imkan verir. Düz və duman görülməyən bölgələrə qurulan aerodromlar üçün bu sistemə ehtiyac yoxdur. Bu sistemdə pilot fəaliyyətdan düşməz, sadəcə məlumatları davamlı nəzarət altında saxlayar. ILS-in təmin etdiyi görünüş məsafəsi, UEZ-nın işıqlandırmasına bağlı olaraq dəyişir.