Cilovxanlı məscidi

Cilovxanlı məscidiNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbəsində orta əsrlər zamanı inşa edilmiş məscid. Məscid qəsəbənin ən böyük məhəllələlərindən olan Cilovxanlı məhəlləsində inşa edilmişdir. Məhz bu məhəllənin adına görə də belə adlanır.

Məscidin ətrafında tapılan orta əsrlərə aid şirli və şirsiz keramika məmulatları və yerli xalqın fikirləri göstərir ki, məscidin əsası XV əsrdə qoyulmuşdur.

Daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid dördkünc formalı böyük salondan ibarətdir. Daxildə qadınlar üçün ikinci mərtəbə düzəldilmişdir. Qapı və pəncərələr yuxarıdan tağ şəkilli tamamlanmışdır. Mehrabı tağ şəkilli taxçadan ibarətdir. Bərpa zamanı məscid daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir.1988-ci ildə məsciddə bərpa işləri aparılmışdır.[1]

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.