Cimicifuga

Simisifuqa (lat. Cimicifuga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Simisifuqa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu cins insektisid xüsusiyyətlərinə görə belə adlandırılmışdır. Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında bitən bu çoxillik bitkinin təxminən 15 növü məlumdur. Onların 9 növündən yaşıllaşdırmada istifadə olunur. Aşağıdakı növlər gülçülükdə xüsusilə geniş yayılmışdır.

Kolşəkilli simisifuqa (C. racemosa) hündürlüyü 240 sm-ə çatan bitkidir. Xırda ağ gülləri salxım çiçək qrupunda toplanmışdır. Bitkinin vətəni ABŞ-nin şərq rayonlarıdır. 1732-ci ildən yaşıllaşdırmada istifadə edilir.

Daurk simisifuqası (C. daurica) çiçəkləri açıq-qəhvəyi rənglidir. Bu bitkinin vətəni Uzaq Şərqin, Monqolustanın və Şimali Çinin meşə sahələridir. Simisifuqanın növündən yaşıllıqların salınmasında, tək əkinlərdə istifadə edirlər. Məhz buna görə də onların istifadə edildiyi ərazi geniş olmalıdır. Yazın axırında bitkinin ətrafındakı torpağı mulçalamaq lazımdır. Simsifuqa rütubətli, məhsuldar torpaqlarda və yarımkölgədə yaxşı bitir.