Cinlidərə — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən son orta əsrlərə aid yaşayış yeri.
Cinlidərə yaşayış yeri |
---|
Yaşayış yerinin sahəsi 2500 m2 olub, hər tərəfdən kiçik təpələrlə əhatə edilmiş düzənlikdədir. Burada dairəvi və düzbucaqlı planda iri daşlardan ibarət bircərgəli hörgü qalıqları saxlanmışdır. Dairəvi binaların diametri 5-10 m arasındadır; onlardan biri ortadan iri daşlar düzülməklə iki hissəyə ayrılmışdır. Axtarışlar zamanı Naxçıvanın orta əsrlər keramikası üçün səciyyəvi olan saxsı məmulatı və s. maddi-mədəniyyət nümunələri əldə edilmişdir[1].