Cinlidərə yaşayış yeri

CinlidərəNaxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən son orta əsrlərə aid yaşayış yeri.

Cinlidərə yaşayış yeri

Yaşayış yerinin sahəsi 2500 m2 olub, hər tərəfdən kiçik təpələrlə əhatə edilmiş düzənlikdədir. Burada dairəvi və düzbucaqlı planda iri daşlardan ibarət bircərgəli hörgü qalıqları saxlanmışdır. Dairəvi binaların diametri 5-10 m arasındadır; onlardan biri ortadan iri daşlar düzülməklə iki hissəyə ayrılmışdır. Axtarışlar zamanı Naxçıvanın orta əsrlər keramikası üçün səciyyəvi olan saxsı məmulatı və s. maddi-mədəniyyət nümunələri əldə edilmişdir[1].

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 61.