Ağımtıl buxurkolu (lat. Cistus albidus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü.
Ağımtıl buxurkolu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağımtıl buxurkolu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Aralıq dənizi ölkələrində rast gəlinir.
Uzunsov və ya oval-lansetvarı, bozumtul-ağ, möhkəm tükcüklərlə örtülmüş koldur. Çəhrayı, 5 ləçəkli, iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır. Maydan iyuna qədər çiçəkləyir. Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir, ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur. Çiçəkləri uzunömürlü deyil, səhər onların kağıza bənzər ləçəkləri açılır, axşam tökülür, solmuş çiçəklərin yerinə iyunun əvvəlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gəlir.
Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit, qumlu və əhəngli torpaqda, dəniz sahilində bitir. Kölgə və şaxtalar ona pis təsir göstərir.
Abşeronda park və bağçalarda, bəzi şəxsi həyətyanı sahələrdə rast gəlinir.
Bitki aromoterapiyada, içkilərin, qənnadı məmulatlarının hazırlanmasında, ekstraktı qankəsici kimi, saçların bərkidilməsində, dəri xəstəliklərində istifadə edilir.