Ravi Kapur və ya səhnə adı ilə Citendra (7 aprel 1942[1], Amritsar, Britaniya Hindistanı) - hindistanlı aktyor, kino və teleprodüserdir. 1942-ci ildə Hindistanda doğulub. "Balaji Telefilms" və "Balaji Motion Pictures" şirkətlərinin təsisçisidir. 1964-cü ildə ekranlara çıxan “Daş üzərində poema” filmindən sonra ilk kommersiya müvəffəqiyyəti əldə etmişdir. Lakin 1967-ci ildə “Borc” filmindən sonra Citendranın populyarlığı artır. “Mast Baharon Ka Main Aashiq” musiqi nömrəsi üçün götürdüyü köynək və ayaqqabılar onun vizit kartına çevrilir. Ardınca “Caravan və Humjoli” filminə çəkilir. Citendra filmlərdəki enerji dolu rəqslərinə görə “Bollivudun hoppanan Ceki” ləqəbini alır. Onun filmoqrafiyasında 200-dən artıq baş rola çəkildiyi filmi mövcuddur. O, Şridevi, Rina Roy, Cayaprada, Nitu Sinh, Hema Malini, Sulakşana, Pandit, Bindiya Hovsami, Mouşumi Çatterci və Rekha kimi məşhur aktyorlarla tərəf müqabili olmuşdur. Citendranın bir qızı, bir oğlu var.
Citendra | |
---|---|
hind. जितेन्द्र ing. Jeetendra | |
Doğum adı | Ravi Kapoor |
Doğum tarixi | 7 aprel 1942[1] (82 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktyoru, film prodüseri, prodüser |
Fəaliyyət illəri | 1958-ci ildən |
IMDb | ID0420090 |
Vikianbarda əlaqəli mediafayllar |