Cizrə qalası (türk. Cizre Kalesi) və ya Finika (q.yun. ΦοινίΚη) — Türkiyənin Şırnak vilayətinin Cizrə şəhərində yerləşən qala.[1] Hal-hazırda xarabalıqdır. Dəclə çayı sahilində yerləşən tikili daxili və xarici olmaqla iki hissədən ibarətdir. Divarlarının üçdə ikisi tamamilə dağılmış olan qalanın sadəcə cənub hissəsi saxlanılmışdır. Buna baxmayaraq, bu hissənin daşlarının bir qismi sökülərək evlərin tikintisində istifadə olunduğundan burada bütövlük yoxdur.[2] 2010-cu ilə qədər Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilmişdir. 2012-ci ildə burada bərpa işləri aparılmışdır.[3]
Cizrə qalası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 37°19′44″ şm. e. 42°11′34″ ş. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |