Clairo (Kler Elizabet Kottrill; 18 avqust 1998, Atlanta) — amerikalı müğənni-bəstəkar. Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb, 13 yaşında internetə musiqi yerləşdirməyə başlayıb.[2]
Clairo | |
---|---|
| |
Ümumi məlumatlar | |
Digər adı | DJ Baby Benz |
Doğum adı | Claire Elizabeth Cottrill |
Doğum tarixi | [1] |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2012-ci ildən |
Janrlar | pop musiqisi, lou-fay, elektropop[d], indi-rok, indi-pop, soft-rok[d], bedrum pop[d], sinti-pop, xalq musiqisi |
Albom şirkətləri | Fader Label, Republic Records |
Təhsili | |
clairo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Clairo 2017-ci ildə "Pretty Girl" adlı lou-fay sinqlının musiqi videosu sayəsində məşhurlaşdı.[3][4] Bunun ardınca 2018-ci ildə Fader Label ilə müqavilə bağlayaraq ilk mini-albomu "Diary 001"-ı buraxdı.[5] Onun 2019-ci ildə yayımladığı ilk studiya albomu "Immunity" müsbət şərhlər qazandı, "Bags" və "Sofia" ən çox bəyənilən sinqllar oldu.[6] Clairo-nun ikinci studiya albomu, "Sling" 2021-ci ildə işıq üzü gördü. Albom buraxıldıqdan sonra kommersiya uğuru qazandı, ABŞ Billboard 200-də ilk 20-də yekunlaşdı.
Kler Kottrill Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb.[7] O, marketinq icraçısı Ceff Kottrillin qızıdır.[8]