Süpürgəvari ağəsmə (lat. Clematis paniculata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Süpürgəvari ağəsmə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Süpürgəvari ağəsmə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bitki Yaponiyada və Koreyada təbii halda yayılmışdır. Sankt-Peterburqda, Cənubi Pribaltikada, Kalininqrad vilayətində, Belarusiyada, Ukraynada, Qafqazda və Orta Asiyada mədəni şəraitdə becərilir.
Uzunluğu 10 m-dək olan, yarpağı tökülən lianadır. Uzunluğu 3-10 sm olan yarpaqları 3-5 yumurtavari yarpaqcıqlı olub, çılpaq və ya alt tərəfi tükcüklü, damarcıqlıdır. Ağ, ətirli çiçəklərinin diametri təxminən 3 sm olan çoxçiçəkli süpürgələrə yığılmışdır. Süpürgəvari ağəsmənin uzunsov kasayarpaqları üstdən çılpaqdır. Toxumcaları haşiyəli, bir az tükcüklü, uzun lələkvari tükcüklü, çıxıntılıdır. Süpürgəvari ağəsmə iyuldan oktyabradək davam edən bol və gec çiçəkləməsi ilə çox effektlidir. Tez böyüyür, vegetasiya dövrü ərzində 3,5 m-dək artır. Ağəsmə qələm, calaq və toxumlarla çoxalır. Şitilləri payızda və ya yazda əkilir. Tez kök atması üçün budaqların üzərində kəsik edilir və uzununa kökatma buğumu yarılır.
Günəşli yerlərə üstünlük verir. Soyuğa və istiyə dаvаmlıdır. Quru və nəm torpaqlarda bitir.
Azərbaycanda park və bağlarda mədəni şəraitdə rast gəlinir.
Canlı çəpərlərin salınmasında sarmaşan bitki kimi geniş istifadə edilir. Müxtəlif sahələrində istifadə olunur.