Coğrafi qütblər

Coğrafi qütblər – Yer oxunun Yer səthi ilə kəsişdiyi nöqtələrdir. ŞimalCənub coğrafi qütbləri mövcuddur. Bütün coğrafi meridianlar coğrafi qütbdə birləşir.

Şimal coğrafi qütbü Şimal buzlu okeanı sahəsində yerləşir və onu ilk dəfə 1909-cu ildə R.Piri fəth etmişdir.

Cənub coğrafi qütbü Antarktida materikindədir və ona birinci olaraq 1911-ci ildə R.A.Amundsen çatmışdır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Şimal maqnit qütbü

Cənub maqnit qütbü

Robert Piri

Roald Amundsen

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.