Coğrafi qurşaq

Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır.[1] Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur[2]. Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonasıDəyişkən rütubətli meşələr (o cümlədən musson)

Yer səthinin enlik zonallığı bölgüsü

[redaktə | mənbəni redaktə et]

C. Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C. Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var. Lakin qurşaq daxilində iqlim amilləri kəskin dəyişilə bilər, bu da hər bir C. Q.-ı müxtəlif coğrafi zonalar və yarımzonalara bölməyə imkan verir.[3]

Ekvator boyu rütubətli həmişəyaşıl Rütubətli ekvatorial meşələr zonası yerləşir. Bu zonada orta illik və orta aylıq temperatur 24–26°-dir. Sutqalıq temperatur tərəddüdü temperaturun illik tərəddüdündən artıqdır. Orta illik yağıntılar 1500–2000 mm, bəzi yerlərdə isə 4000–5000 mm-ə çatır. Yağıntılar il ərzində bərabər paylanır. Lakin günəşin ildə iki dəfə ekvator zonası üzərində zenitdə olduğu vaxt (yaz və payız gecə-gündüz bərabərliyi dövrü) daha çox yağış düşür. Ekvator meşələri zonasında nəmlənmə (nəmlənmə əmsalı 1,5–2 ilə 3–4 arası dəyişir)ifrat dərəcədədir. Bu zonanın bitki örtüyü olduqca zəngin(4 mindən artıq ağac növü var), torpaq örtüyü isə kasıbdır. Flora və faunası olduqca zıngindir. Burada hələ də kəşf olunmayan canlılar var. Buna görə də bu meşələri dünyanın ləl-cəvahiratı adlandırırlar.

Dəyişkən rütubətli meşələr (o cümlədən musson)

[redaktə | mənbəni redaktə et]

Dəyişkən rütubətli meşələr və ya digər adı ilə subekvatorial meşələr zonası ekvatorial meşələr zonasını şimaldan və cənubdan əhatə edir. Onların əsas fərqi subekvatorial meşələrdə 2 aya qədər davam edən yağıntısız dövr olmasıdır. meşələr zonasında qısamüddətli quraqlığın səbəbi, bu zonannın müvafiq yarımkürələrinin qışda quru passat küləklərinin təsiri altında qalmasıdır. Meşələr, ağacların növ zənginliyinə və qısa quraq dövrünü çıxmaqla, havanın nəmlənmə dərəcəsinə görə ekvatorial meşələrdən o qədər də fərqlənmir. Dəyişkən rütubətli meşələr Afrika və Cənubi Amerikanın mərkəzi zonasında, ekvatorial meşələrin ətrafında yayılmışdır. Bundan başqa cənub şərqi Asiyada Musson meşələri də mövcuddur. Bu meşələrd ə oxşar xüsusiyyətlərinə görə dəyişkən rütubətli meşələrə aiddir.

  1. Geomorfoloji Terminlərin İzahlı Lüğəti "Elm" Bakı 2012 səh.45
  2. O. Osmanov, B. Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı — 1979
  3. "Coğrafiya terminləri lüğəti Bakı, "Altun kitab", 2016 2156 leksik vahid". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]