Coğrafi zonallıq

Coğrafi zonallıq — coğrafi təbəqənin (landşaft təbəqəsinin) quruluşunda ən başlıca qanunauyğunluqlardan biri. Bu qanunauyğunluq günəşin şüa enerjisinin enliklər üzrə bərabər bölünməsilə əlaqədar olaraq, müxtəlif landşaft tiplərinin ekvatordan qütblərə doğru dəyişilməsində və müxtəlif coğrafi qurşaqların, coğrafi zonaların yaranmasında özünü göstərir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. O. Osmanov, B. Abdullayev. Məktəblilərin izahlı coğrafiya lüğəti. Bakı: 1979.