Cobra Müasir İncəsənət Muzeyi (Niderland dilində:Cobra Museum voor Moderne Kunst Amstelveen) — Niderlandın paytaxtı Amsterdam şəhərində bədii muzey. Muzey Sandberqpleyn 1 ünvanında yerləşir. Muzeyin daimi eksponatları siyahısına "KoBrA" qrupuna daxil olan müasir Niderland rəssamlarının əsərləri daxildir.
Cobra Müasir İncəsənət Muzeyi | |
---|---|
Cobra Museum voor Moderne Kunst Amstelveen | |
Əsası qoyulub | 8 noyabr 1995 |
Mövzu | Muüsir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Niderland Amsterdam şəhəri |
Ziyarətçi sayı | 95,960 (2014)[1] |
Direktor | Els Ottenhof |
Telefon | +31-20-547-5053 |
52°18′14″ şm. e. 4°51′28″ ş. u. | |
|
|
cobra-museum.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzeyin kolleksiyasına Kapel Appelin, Gilom Kornelis van Beverloo və Yan Sirxeysin rəsm əsərləri də nümayiş etdirilir. Muzeyin həyətində 1995-ci ildə Şinkit Tadziri tərəfindən yapon bağı yaradılmışdır. Muzeydə, həmçinin vaxtaşırı xarici avanqardist rəssamların əsərlərindən ibarət sərgilər də təşkil olunur.
Muzeyin binası arxitektor Vim Kvist tərəfindən layihələnmişdir. Muzey öz fəaliyyətinə 8 noyabr 1995-ci ildə başlamışdır. Muzeyin açılışı 1948-ci il 8 noyabrda "KoBrA" qrupunun əsasının qoyulmasının ildönümünə təsadüf etmişdir. Hər iki ildən bir Niderland avanqardist rəssamlarının təltif olunması üçün 10 000 evro məbləğində mükafat təqdim olunur. 2009-cu ildə muzey Niderland Əlillər cəmiyyətinin mükafatı ilə təltif olunmuşdur.