Yeddinöqtəli parəbüzən (lat. Coccinella septempunctata) — Parəbüzənlər fəsiləsinin parabüzən cinsinə aid heyvan növü. Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar
Yeddinöqtəli parabüzən | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: ???: Yeddinöqtəli parabüzən |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Naxçıvan şəraitində böcəklər aprel ayının birinci ongünlüyündə yabanı kolların üzərində görünməyə başlayırlar. Tədricən aqresonozlara və bağlara miqrasiya edirlər. Miqrasiyanın başlanması bunların spesifik qidasını təşkil edən mənənələrin, fitonomuslar, yastıcaların və tor gənəciyinin yayılması və çoxalması ilə əlaqədardır. Hər böcək gün ərzində 200-300-ə qədər mənənə yeyir, sürfələr isə daha intensiv qidalanır. Sürfələr qida axtarmaqda kifayət qədər aktiv olurlar. Qida çatışmaqda sürfələrdə hannibalizm (bir-birini yemək) baş verə bilər. Sürfələrin inkişafı metamorfozdur, 4 dövr keçirirlər. Bu proses qabıqdəyişmə yolu ilə gedir. Sürfələrin üzərində sarımtıl-qırmızı nöqtələr olur. Uzunluğu 3-10 mm-ə çatır, üzəri tükcüklərlə örtülür.Puplama fazası qidalandığıyerlərdə baş verir. Bu zaman sürfələr arxa hissəsi ilə özlərini yarpağa yapışdırırlar. Pupuları 6-7 mm olur. [3]Temperaturdan asılı olaraq 3-5 gündən sonra pupdan böcək çıxır. 10-12 gündən sonra cavan böcəklər də yumurta qoyurlar. Bu proses bizim şəraitdə iyul ayının sonunda baş verir. İkinci nəsil iyulun sonu, avqustun əvvəlindən başlayır. İsti yay günlərində bükülmüş yarpaqların içində, ağacların koğuşunda və s. gizli yerlərdə yay sükunəti (diapauza) dövrü keçirirlər. Bu mərhələ yalnız isti deyil, həm də qida çatışmamazlığı ilə əlaqədardır. İkinci nəsildən sonra qışlamaya hazırlaşan böcəklər çox sürətlə qidalanırlar. Oktyabr ayının sonu, noyabrın əvvələrində bunlarda tam qışlama dövrü başlayır. Ümumiyyətlə, parabüzənlərin bütün həyatıi proseslərinin intensivliyi: qidalanması, sürfələrin qabıq dəyişməsi və ümumi inkişafının sürəti temperaturdan asılıdır.
Azərbaycan, o cümlədən də Muxtar Respublika üçün adi növdür, bütün təbii zonlarında və əksər biotoplarda və stansiyalarda yayılıb.