Kilikiya şaqqıldağı (lat. Colutea cilicica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü.
Kilikiya şaqqıldağı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Kilikiya şaqqıldağı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Avropa və Balkan yarımadalarında yayılmışdır.
3-6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7-9 sm uzunluğunda, 3-4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16-25 mm uzunluğunda, 10-15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4-7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir. Dişicikləri enli, üçbucaq şəklindədir. Tacı sarı, uzunluğu 20-23 mm-ə qədər, kürəkləri qayıqcıqdan xeyli uzundur. Yumurtalığı çılpaqdır. Paxla saplaqlı, şişkin, şəffaf, çoxtoxumludur. Paxlaların uzunluğu 5-6 sm, eni 2-2,5 sm-ə qədər, üzəri çılpaq olub, uc hissəsi qatlanan, yetişən zaman açılmır. İyul-avqust aylarında yetişir. Toxumla asanlıqla çoxalır.
Quraqlığadavamlı və işıqsevən, dekorativ bitkidir. Qrup halında becərmək üçün yararlıdır.
Kiçik Qafqazda aşağı və orta dağ qurşaqlarında təsadüf edilir.
Yarpaqlarının ekstraktından hazırlanan həlimi işlətmə xəstəliyində istifadə edilir.