Şərq şaqqıldağı (lat. Colutea orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü.
Şərq şaqqıldağı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Şərq şaqqıldağı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır.
Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir. Kasa yarpaqları enli, zəngvari, iti dişicikli, borucuqdan 3-4 dəfə qısadır. Tacı narıncı, 20 mm-ə qədər uzunluqdadır. Kürəkləri qayıqcıqdan qısa, oraqvaridir. Meyvəsi paxlaşəkilli, şişkin, nazik divarlı, uzunluğu 4-5 sm, eni 2 sm-ə qədərdir. Qısa saplaqlı olub, çılpaq, bənövşəyi rəngdədir, avqust ayında yetişir. Yetişdikdə uc hissədən açılandır.
Quraqlığa davamlı, işıqsevən, torpağa az tələbkar, dekorativ koldur.
Böyük və Kiçik Qafqazın aşağı və orta dağ qurşaqlarında, daşlı yamaclarda, seyrək meşəliklərdə təsadüf edilir.
Park və bağlarda qrup əkinlərində istifadəsi məqsədyönlüdür.